“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Üç gündən bir oynayıram” - Elvin Cəfərquliyev

Tarix 13.10.24, 20:08

Font ölçüsü : - / +
bitmap-img6


“Slovakiya ilə matça çox ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq. Ümid edirəm ki, qələbə ilə ötən məğlubiyyətləri unutduracağıq. Matça qələbə üçün çıxacağıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Müdafiə xəttində vəziyyət necədir?

- Özümü komanda yoldaşlarımdan fərqləndirməzdim. Öz işimi görürəm. Fərdi olaraq səhvlərimiz oldu. Bu gün Estoniya ilə oyuna baxmışıq. Bəzi səhvlərimiz var idi. Xüsusilə də müdafiədə. Sabah daha yaxşı çıxış etməyə çalışacağıq.

- Keçən il Estoniyanı udmuşduq, bu dəfə uduzduq. Bir ildə nə dəyişdi?

- Dəyişikliklər haqda nəsə deyə bilmərəm. Bu dəfə də qalib gələ bilərdik. Epizodlardan düzgün istifadə edə bilmədik. İlk yarıda bir xeyli epizodlarımız oldu. Qaçırdınsa, rəqib səni cəzalandıracaq.

- Millinin heyətində üzdə olan oyunçular oynayır. Fərd olaraq ən yaxşılardır. Niyə komanda şəklində alındıra bilmirsiz?

- Çox yaxşı oyunçularımız var. Səbəbini sizə deyə bilmərəm. Nə bilim. Açıqlama verə bilməyəcəm. Ümid edirəm ki, komanda şəklində daha yaxşı çıxış edəcəyik.

- Hazırkı karyeranın ən yaxşı dövrünü yaşayırsan. Fiziki və psioloji cəhətdən özünü necə hiss edirsən?

- Təkcə bu il deyil ki, üç gündən bir oynayıram. Çoxdandır ki, bu sistemdə oynayıram. Üç gündən bir oyundan özümün də xoşum gəlir. Tempi saxlayırsan, düşmürsən.



Xəbərin oxunma sayı : 1363




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap