“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“İki gecədir yata bilmirəm“ - Deputat həbs olunan həmkarından danışdı (VİDEO)

Tarix 04.08.21, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


"Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı, bəzən mən deyirdim ki, bu nə qədər tərbiyəli oğlandı. Kaş ki, bizim deputatların hamısı belə olsun. Bir də görürsən ki, kənarda daha çox tərbiyəli görünən insan ortalığa çıxanda tərbiyəsiz hərəkətlər edən adamdır. Yəni, insanları tanımaq olmur. Amma bütün hallarda deputat o adam olmalıdır ki, axı səni mötəbər bir məclisə seçiblər. Milli Məclisin deputatı böyük addır, şərəfli addır. Sənin nişanın var, toxunulmazlığın var. Konstitusiya ilə sənə güzəştlər verilib. Bunu yerə vurmaq olarmı?"

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov İctimai Televiziyanın "Diqqət mərkəzi" verilişində qonaq olarkən deyib.

O, polisə qarşı nalayiq hərəkətlərə yol verən Eldəniz Səlimov haqda danışarkən onu da qeyd edib ki, bəzi deputatlar baş verənləri anlamırlar:

"Deputat həmkarımın hərəkətinə görə iki gecədir yata bilmirəm. Milli Məclisdə də deputatların çoxu bunun üçün narahat oldular. Artıq narahatlıqdan keçib, çünki günah bunun özündə olub. Bu adam deputatlıq statusundan istifadə edib, özü üçün hər şey yaradıb. Mən onları bilmirəm, amma belə deyirlər. İnsan nə qədər yuxarı qalxırsa, o qədər başını aşağı dikməlidir. Qudurma söhbəti var da... İnsan qudurmamalıdır. Mən bunu təhqir mənasında demirəm. Sadəcə, fikrimi ifadə etmək istəyirəm ki, insanın nə qədər imkanı genişlənirsə, hörməti artırsa, bir o qədər də başıaşağı, təvazökar olmalıdır". - deyə E.İbrahimov qeyd edib.





Xəbərin oxunma sayı : 898




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap