Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

İşlənmiş batareyaları hara təhvil verməliyik? - AÇIQLAMA

Tarix 29.03.23, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, artıq toplama qutuları müxtəlif dövlət qurumlarında, marketlərdə, bir çox şirkətlərdə yerləşdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və Kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ETSN və “Qırmızı Ürəklər” Fondu tərəfindən start verilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən 18 kq işlənmiş batareya toplanaraq bu gün “Təhlükəli Tullantılar" MMC-yə göndərilib:
“Hər birimiz şəxsi təşəbbüslərimizlə də tullantıların çeşidlənməsi, təkrar emala göndərilməsi, daha təhlükəlilərin isə zərərsizləşdirilməsi işinə dəstək ola bilərik. Bununla sağlamlığımıza və bizi əhatə edən təbiətimizə töhfə vermiş olarıq. Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq”.





Xəbərin oxunma sayı : 733




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap