“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Borcu olan sakinlər istiliksiz qalacaq - RƏSMİ

Tarix 14.11.26, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq.

AzFakt.com xəbər verir ki, bu barədə “Report”a “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.
Məlumata görə, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Səhmdar cəmiyyəti xidmət haqqını vaxtında ödəyən abonentlərinə təşəkkür edir və bildirir ki, istehlakçıların böyük əksəriyyətinin müntəzəm ödənişləri xidmət göstərilən ərazilərdə təmir və texniki sazlama işlərinin vaxtında aparılmasına, istilik təchizatının etibarlılığına mühüm töhfə verir.

Qeyd edilib ki, bununla belə, bəzi ərazilərdə, xüsusilə məcburi köçkünlər üçün inşa edilmiş yaşayış komplekslərində ayrı-ayrı binaların sakinləri arasında ödənişdən kütləvi yayınma halları müşahidə olunur:
“Belə ki, Ağcabədi rayonunda istehlak edilmiş 121,3 min manat dəyərində xidmətin müqabilində cəmi 17,5 %, Tərtər rayonunda 255,2 min manat xidmətin müqabilində 24,6 %, Bərdə rayonunda 319,6 min manat dəyərində xidmətin müqabilində 29,5 %, Goranboy rayonunda 93,4 min manat dəyərində xidmətin müqabilində 46 %, Sabunçu rayonu Ramana qəsəbəsində 63,5 min manat dəyərində xidmətin müqabilində 33,4 %, Sumqayıt şəhərində 173,7 min manat dəyərində xidmətin müqabilində 41,6 % ödəniş edilib ki, bu da həmin ərazilərdə zəruri təmir və texniki xidmət işlərinin vaxtında maliyyələşdirilməsini çətinləşdirir və hətta mümkünsüz edir. Bindadaxili istilik-mühəndis infrastrukturu ortaq olduğundan, bu işlərin gecikməsi ödənişlərini vaxtında edən sakinlərin də xidmət keyfiyyətinə təsir göstərə bilər”.

Qurum bütün abonentlərin borclarını ödəməyə və cari ödənişləri vaxtında etməyə çağırır: “Hər bir istehlakçının ödəniş intizamı həm öz mənzilinin, həm də qonşularının dayanıqlı istilik təminatı üçün əhəmiyyətlidir”.



Xəbərin oxunma sayı : 766




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap