“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Çıxarış almaq istəyənlərin diqqətinə - Bu halda mümkün deyil

Tarix 21.09.26, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


Köhnə texniki pasportun olması hər zaman daşınmaz əmlaka çıxarış almaq üçün kifayət etmir. Lakin qanunvericilikdə edilən son dəyişikliklərlə müəyyən tarixədək verilmiş bəzi texniki pasportlar hüquqmüəyyənedici sənəd kimi tanınır.

Bəs hansı texniki pasportlar bu imkan yaradır, sənəddə hansı məlumatların olması vacibdir və əmlak sahibinin çıxarış əldə etməsi üçün daha hansı tələblər nəzərə alınır?

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, bu, bir sıra digər məqamlardan asılıdır.

Onun sözlərinə görə, xüsusilə də son zamanlar həm İqtisadiyyat Nazirliyinin, həm də Dövlət Əmlak Xidmətinin rəhbərliyi bəyan edir ki, əmlak amnistiyası olmayacaq:

"Amma heç kəs konkret demir ki, söhbət hansı əmlaklardan gedir, hansı əmlaklara çıxarış veriləcək, hansılara verilməyəcək. Vətəndaşlar üçün də əsas problem məhz budur. Çünki insanlar illərdir müxtəlif sənədlər əsasında əmlak əldə edib, istifadə edirlər, lakin həmin sənədlərin çıxarış almaq üçün kifayət edib-etmədiyi aydın deyil.

Hətta texniki pasportu olsa belə, xatırladıram ki, texniki pasport mülkiyyət hüququ demək deyil. Bu, sadəcə olaraq, hər hansı əmlakın texniki göstəricilərini təsvir edən sənəddir. Yəni texniki pasportun olması avtomatik olaraq həmin əmlak üzərində mülkiyyət hüququnun təsdiq edilməsi anlamına gəlmir.

Bundan başqa, həmin əmlakla bağlı müxtəlif iddialar da ortaya çıxa bilər. Məsələn, deyə bilərlər ki, bu ərazi ümumiyyətlə vətəndaşa məxsus deyil, dövlətindir və ya hansısa müəssisəyə məxsusdur. Son zamanlar yeni bir yanaşma da ortaya çıxıb. Harada nə gəldi deyirlər ki, guya həmin ərazidən dövlət şirkətinin boruları keçir və sair. Yəni sırf bu kimi meyarlara görə vətəndaşın əmlakına hüquqi qiymət verilməsində problem yaranır.

Burada əsas məsələ odur ki, vətəndaş bilməlidir: hansı sənədlə hansı əmlaka çıxarış almaq mümkündür, hansı hallarda isə bu mümkün deyil. Bunun üçün də birmənalı, aydın və hamı üçün eyni qaydaların müəyyənləşdirilməsinə ehtiyac var.

Mən hesab edirəm ki, bu məsələdə aydın və birmənalı qanun və qaydalar qəbul edilməlidir. Vətəndaş illərlə istifadə etdiyi, pul xərclədiyi və müəyyən sənədlərlə əldə etdiyi əmlakın hüquqi statusunun nə olacağını əvvəlcədən bilməlidir.

Əgər həmin əmlaklara çıxarış verilməyəcəksə, bunun konkret meyarları açıq şəkildə izah olunmalıdır. Əks halda vətəndaş hər dəfə yeni bir səbəblə qarşılaşa bilər və bu da əmlak məsələsində hüquqi qeyri-müəyyənliyi daha da artırar”, - deyə Əkrəm Həsənov bildirib.



Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap