“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Şagird bir suala görə 300 bal toplamadı? - FOTO

Tarix 25.05.23, 10:52

Font ölçüsü : - / +
bitmap-img6


Aprel ayının 30-da IX siniflər üçün keçirilən buraxılış imtahanında bir suala görə 300 bal toplaya bilməyən şagirdin valideyni Dövlət İmtahan Mərkəzindən narazıdır.

Bu barədə oxu.az-ın redaksiyasına Məhəmməd Quliyev müraciət ünvanlayıb.

O bildirib ki, oğlu Fariz Quliyev buraxılış imtahanında 297,1 bal toplayıb:

“DİM tərəfindən keçirilən imtahanda bir sual səhv kimi qeyd edilib və oğlum 300 baldan məhrum olub. O, təqdim edilən sualların cavablarını düz yazıb, amma cavablar açıqlanan zaman birinin cavabı səhv kimi qeyd edilib. Bununla da uşağım istədiyi nəticəni qazanmayıb”.

Onun sözlərinə görə, həmin sualı sosial şəbəkədə müəllimlərdən biri izah edəndə tərəddüd edib:

“Müəllim “Buradan kəndin başına qədər xeyli yol var idi” cümləsini doğru cavab kimi seçdi. Amma səhvdir. Oğlum isə “Şəhərin mərkəzində mənzilimiz var” variantını seçib və düz cavab da odur”.

Məsələ barədə Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Oxu.Az-a açıqlamasında bildirib ki, 30 aprel 2023-cü il tarixində ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında Azərbaycan dili fənni üzrə istifadə olunmuş test tapşırıqları ümumtəhsil məktəblərində tədris olunan fənlər üzrə dərsliklər və Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi “Abituriyent” jurnalında dərc olunmuş proqram əsasında hazırlanıb:

“Qeyd olunan test tapşırığı “Leksika” bölməsinə aiddir və burada iki çoxmənalı sözün işləndiyi nümunəni müəyyən etmək tələb olunur. Test tapşırığının yalnız bir bəndində verilən cümlədə iki söz məcazi mənada işlənərək çoxmənalılıq yaradıb. Bu da tapşırığın doğru cavabıdır. Tapşırıqda hər hansı elmi-metodiki yanlışlıq yoxdur”.




Xəbərin oxunma sayı : 460




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap