“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib - Prezident

Tarix 15.10.26, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsi 44 gün davam etdi, bu müddət ərzində Azərbaycan döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi.

Bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, 2023-cü ilin sentyabrında Azərbaycan əsgərinin dəmir yumruğu yenidən öz sözünü dedi: "Bir sutkadan az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu darmadağın edildi, separatçıların liderləri, uşaq qatilləri isə Azərbaycan məhkəməsinə çıxarıldı. Bizi tanklarda gəlib Bakını işğal edəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını Azərbaycan həbsxanalarında içirlər, onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Bu məsələ qlobal əhəmiyyət daşıyır, buna görə də bunun üstündə dayandım. Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib. Onların arxasında dayanan havadarları isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı. Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.



Xəbərin oxunma sayı : 463




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap