“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Özəl məktəblərdə təhsil haqqı 5-45 min manat arasında dəyişir - Siyahı

Tarix 15.10.26, 20:48

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda özəl məktəblərdə təhsil haqları məktəbdən, sinifdən və tədris proqramından asılı olaraq dəyişir.

Yeniavaz.com xəbər verir ki, illik ödəniş bir neçə min manatdan on minlərlə manata qədər yüksəlir.

Bəzi məktəblərdə qidalanma və digər xidmətlər təhsil haqqına daxil olsa da, digərlərində bu xərclər ayrıca ödənilir.

Qeyd edək ki, 2026/2027-ci tədris ilində paytaxtın tanınmış özəl təhsil müəssisələrindən biri olan “Landau School”da illik təhsil haqqı ibtidai siniflər üçün 9 min 200 manatdır. 5-7-ci siniflərdə bu məbləğ 10 min 700, 8-9-cu siniflərdə isə 11 min 500 manat təşkil edir. Yuxarı siniflərdə seçilən proqram da qiymətə təsir göstərir. 10-11-ci siniflər üzrə SAT proqramının illik haqqı 11 min 650 manat, A-Level proqramının haqqı isə 14 min 400 manatdır.

“Hədəf Liseyi”ndə qiymətlər korpuslara və siniflərə görə fərqlənir. Nəsimi korpusunda ibtidai və 5-8-ci siniflərdə təhsil haqqı Azərbaycan bölməsi üzrə 8 min, rus bölməsi üzrə isə 8 min 500 manatdır. 9-11-ci siniflərdə bu məbləğ 6 min manatdır.
Qurtuluş korpusunda ibtidai və 5-8-ci siniflər üçün Azərbaycan bölməsində illik ödəniş 7 min, rus bölməsində isə 7 min 500 manatdır. 9-11-ci siniflərdə təhsil haqqı 5 min manat təşkil edir. Xətai və Sumqayıt korpuslarında təqdim edilən məlumatlara əsasən, yuxarı siniflər üzrə illik ödəniş 5 min manatdır.
“Stars Campus”da isə ibtidai siniflərdən 11-ci sinfə qədər illik təhsil haqqı Azərbaycan bölməsində 9 min, rus bölməsində 10 min, ingilis bölməsində isə 11 min manatdır.

Bəzi məktəblərdə təhsil haqqı daha yüksək məbləğlərlə ölçülür.
ADA İbtidai Məktəbində illik təhsil haqqı 15 min manatdır. ADA Orta Məktəbində bu məbləğ 10 min manat, Beynəlxalq Bakalavriatın - IB Diplom Proqramının iştirakçıları üçün isə 15 min manatdır. Təqdim olunan məlumata görə, bu ödənişlərə kitablar, tədris ləvazimatları, nahar və digər xərclər daxil deyil.
“The International School of Azerbaijan”da 5-10 yaşlı şagirdlər üçün illik təhsil haqqı 26 min dollar bərabərdir ki, bu da milli valyuta ilə 44 min 200 manat edir.  11-18 yaş qrupu üçün isə bu məbləğ 26 min 600 dollar və yaxud 45 min 220 manat təşkil edir.
“SABIS SUN International School”da illik təhsil haqqı sinifdən asılı olaraq 12 min 206 manatdan 17 min manatadək dəyişir.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində ibtidai siniflər üzrə təhsil haqqı Azərbaycan bölməsində 13 min, rus bölməsində 14 min, ingilis bölməsində isə 15 min 500 manatdır. 5-11-ci siniflərdə rus bölməsi üzrə illik ödəniş 14 min, ingilis bölməsi üzrə isə 15 min 500 manatdır.

Bakı Beynəlxalq Təhsil Kompleksinin ibtidai siniflərində rusdilli təhsil üçün illik ödəniş 9 min, ingilisdilli təhsil üçün isə 11 min manatdır. Təqdim edilən məlumata görə, gündəlik qidalanmaya səhər yeməyi, nahar və iki dəfə qəlyanaltı daxildir.



Xəbərin oxunma sayı : 442




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap