“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Aqrar sahədə geriləmə və durğunluq var” - “Yaxşı reklam var, real və nəticəli iş isə yoxdur”

Tarix 18.07.24, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


Bu il ümumi bahalıq fonunda kənd təsərrüfatı məhsullarının, meyvə və tərəvəzlərin “od tutub yanan” qiymətləri xüsusi nəzərə çarpır.

AzFakt.com xəbər verir ki, bu mövzuyla bağlı iqtisadçı Rövşən Ağayev maraqlı paylaşım edib: “Statkom 6 aylıq iqtisadi göstəriciləri açıqlayıb. Diqqəti cəlb edən vacib məqam aqrar sektorda durğunluğun qeydə alınmasıdır.

Kənd təsərrüfatında artım faktiki olaraq dayanıb, bitkiçilik seqmentində 1,7% kiçilmə olduğu qeyd edilir. Son 5 ildə (2019-2024-cü illər) oxşar hal yalnız bir dəfə - 2022-ci ilin ilk yarısında qeydə alınmışdır.

Nəzərə almaq lazımdır ki, aqrar sahədə durğunluq və geriləmə işğaldan azad edilmiş ərazilər hesabına on minlərlə hektar sahənin fəal dövriyyəyə cəlb edildiyi dövrdə baş verir.

İqlim dəyişikliklərinin sahəyə təsiri aşkar hiss edilir. İntensiv yağıntılar, sel və dolu kütləvi şəkildə əkinləri və məhsulları məhv edib.

Amma ölkədə səmərəli və yüksək elmi potensiala əsaslanan aqrar idarəçilik də qurmaq mümkün olmayıb. Digər sahələrdə olduğu kimi burda da yaxşı reklam var, amma real və nəticəli iş yoxdur.

Aqrar sektor Azərbaycan üçün son dərəcə həssas sahədir - təkcə ərzaq təhlükəsizliyi baxımından yox.nÖlkə əhalisinin ən azı üçdə birinin gəlirləri və məşğulluğu bu sahəyə bağlıdır.

Görək statistika sektorda olan geriləmənin ölkədə yoxsulluğa və əhali gəlirlərinə neqativ təsirlərini də adekvat şəkildə qeydə alacaqmı”.



Xəbərin oxunma sayı : 1012




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap