“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycan iqtisadiyyatı orta hesabla 2,5 % artacaq - Yaxın beş ildə

Tarix 27.06.25, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan iqtisadiyyatının 2025-2030-cu illərdə orta illik artımı 2,66 % təşkil edəcək.

"Report” xəbər verir ki, bu barədə "Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Proqnozlara görə, 2025-ci ildə ölkə iqtisadiyyatı 3,5 %, 2026-cı ildə isə 2,5 % artacaq. Növbəti illərdə (2027-2030-cu illər) Azərbaycanda ÜDM-in artım tempi ildə orta hesabla 2,5 % təşkil edəcək.

Azərbaycanın İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in artım tempini 3,7 %, 2026-cı ildə 3,2 %, 2027-ci ildə isə 3,6 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: "S&P Global” 2025-2026-cı illərdə illik 2 %, "Moody`s” isə ildə 2,5 % artım gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3,5 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 3 % və 2,5 %, Asiya İnkişaf Bankı 3,4 % və 3,3 %, Niderlandın "ING Group”u 2 % və 2,5 %, Dünya Bankı isə 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 %, 2027-ci ildə 2,3 % səviyyəsində artım proqnozlaşdırır.



Xəbərin oxunma sayı : 1204




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap