“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Aqrarkredit” ötən il kiçilib: aktivlərdə 661 milyonluq AZALMA

Tarix 10.06.24, 23:21

Font ölçüsü : - / +
bitmap-img6


“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatını açıqlayıb. İqtisadiyyat.az xəbər verir ki, BOKT-nin xalis mənfəəti əvvəlki illə müqayisədə 3,2 dəfə artaraq 3 milyon 404,9 min manat təşkil edib. 2022-ci ildə təşkilatın xalis mənfəəti 1 milyon 74.8 min manat təşkil etmişdi.

Hesabat dövründə təşkilatın faiz gəlirləri 12.2% artaraq 19 milyon 174.7 min manat, mənfəət vergisindən əvvəlki gəlirləri isə 3 dəfə artaraq 4 milyon 470.4 min manat təşkil edib.

Ötən il “Aqrarkredit”in cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 5.5% və ya 661,3 milyon manat azalaraq 11 milyard 346.9 milyon manat olub. Cəmi aktivlərdə azalma əsasən “Azərbaycan Beynəlxalq Bankı”ndan alınmış aktivlərin azalması ilə bağlı olub. Belə ki, ABB-dən alınmış aktivlər 11,6 mlrd. manatdan 10,8 mlrd. manata enib.  

Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 37.6% artaraq 157,3 milyon manata bərabər olub. 

Bu dövrdə təşkilatın cəmi öhdəliklərinin həcmi 5.6% və ya 662,15 milyon manat azalaraq 11 milyard 294,7 milyon manata bərabər olub. BOKT-un borc qiymətli kağızları isə 662, milyon manat azalaraq 11 milyard 252,1 milyon manat təşkil edib.

2024-cü il yanvar ayının 1-nə “Aqrarkredit” BOKT-nin cəmi kapitalı 52,2 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 6.5% çoxdur.



Xəbərin oxunma sayı : 709




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap