“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın

Tarix 23.09.26, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


Plastik-rekonstruktiv və estetik cərrah İnarə İsmayılovanın plastik cərrahiyyə üzrə fəaliyyətinə Səhiyyə Nazirliyi tərəfindən məhdudiyyət qoyulub. 

AzFakt.com xəbər verir ki,qaynarinfo-nun əldə etdiyi məlumata görə, İnarə İsmayılovanın əvvəlki sertifikasiya şəhadətnaməsi ləğv edildikdən sonra onun plastik cərrah kimi fəaliyyət göstərməsi qadağan edilib.

Lakin 2026-cı ildə Səhiyyə Nazirliyi tibb mütəxəssislərinin praktik fəaliyyəti və ixtisas dəyişməsi ilə bağlı yeni qaydalar qəbul edib. Yeni qaydalar müəyyən hallarda həkimlərə fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılmaq imkanı yaradır. Yeni qaydaların 16-cı bəndinə əsasən, əvvəlki əmrlərlə sertifikasiya şəhadətnamələri ləğv edilmiş tibb mütəxəssisləri bu imkanlardan kənarda saxlanılıb.

İnarə İsmayılova hesab edir ki, bu məhdudiyyət onun hüquqlarını pozur. O, Səhiyyə Nazirliyinə qarşı Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək əmrin mübahisələndirilən müddəalarının ləğvini və yeni qərar qəbul edilməsini tələb edib.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası isə iddianı mümkün saymayıb. 

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, İnarə İsmayılova 2006-cı ildə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini bitirib. O, 2018-ci ildə Sankt-Peterburqda estetik cərrahi süd vəzi və bədən şəkilləndirmə, həmçinin Həkimləri Təkmilləşdirmə İnstitutunda dodaq-damaq yarığı cərrahiyyəsi kurslarında iştirak edib.

İnarə İsmayılova Mərkəzi Gömrük Hospitalında plastik-rekonstruktiv və estetik cərrah kimi çalışır.



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap