“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO

Tarix 23.09.26, 22:36

Font ölçüsü : - / +
bitmap-img6


Bu gündən metronun 2 stansiyasından sərnişinlər ödənişsiz şəkildə istifadəyə başlayıblar.

AzFakt.com-un Xezerxeber.az-a istinadən məlumatına görə, yeni tədris ilinin başlaması ilə Bakı-Sumqayıt yolu, xüsusilə "Şamaxinka” və 20 Yanvar metrostansiyaları ətrafında saatlarla xaoatik vəziyyət yaranırdı. Bu, ictimai nəqliyyatın hərəkətinə təsir göstərməklə yanaşı, şəhər istiqamətində sıxlığın yaranmasına səbəb olurdu. Bu məqsədlə xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə Sumqayıt, Xırdalan şəhərləri, Bakı-Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlərin "Şamaxinka" və 20 Yanvar ərazilərinə daxil olmadan metrodan istifadəsi üçün şərait yaradılıb.

Sərnişinlər də bildirirlər ki, metrostansiyalara rahat gedişin təmin olunması ilə mənzil başına daha tez və rahat çatırlar.

"Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, görülən tədbirlər sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına hesablanıb. Prosesin başlanması ilə artıq bu stansiyalara sərnişin axını başlayıb.

Yerüstü Nəqliyyat Agentliyi də Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsi, Xırdalan şəhəri, Masazır, Müşfiqabad, Hökməli, Sulutəpə və Çiçək qəsəbəsindən, Binəqədi və Biləcəridən gələn bəzi  marşrut avtobuslarının aralıq dayanacağını "Avtovağzal" metrostansiyasında təyin edib.

Bəs bu proses nə vaxta qədər davam edəcək?



Xəbərin oxunma sayı : 565




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap