![]() |
|














Azərbaycanın Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə...
Tarix 29.05.23, 9:43 |
|

Ermənistan baş naziri N.Paşinyanın mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında verdiyi açıqlamalar növbəti dəfə göstərdi ki, Ermənistan rəhbərliyi siyasi cığallığından əl çəkmək niyyətində deyil.
Ötən dövr ərzində N. Paşinyan bir-birini təkzib edən, biri digərini şübhə altına qoyan o qədər ziddiyyətli bəyanatlara müəlliflik edib ki, onun hansısa mövqeyinə sadiq qalacağına cəmiyyətimizdə çox az adam inanır. Həm də təkcə cəmiyyətimizdə yox. Aydındır ki, Paşinyanın ziddiyyətli bəyanatlarının və mövqe dəyişkənliyinin arxasında nə qədər uğursuz olsa da, açıq-aşkar görünən manevr cəhdləri və vaxt udmaq istəyi dayanır. Nəticədə isə özü haqqına qeyri-ciddi opponent və ya sözünə yiyəlik edə bilməyən etibarsız siyasi ünvan sahibi imicinin formalaşmasına əsas verir. Budəfəki Moskva görüşü də istisna olmadı.
Bu görüşdən üç gün əvvəl N.Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın 86.6 min kvadratkilometrlik ərazisini tanıyır. Moskva görüşündə isə o, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan bəyanatla çıxış edərək "Laçın" sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə kəskin şəkildə etiraz etdi. Bu, təkcə siyasi cığallıq və ya manevr naminə edilən uğursuz manipulyasiya cəhdi deyil. Bu, dəfələrlə üzləşdiyimiz erməni riyakarlığının rəsmi səviyyədə təzahürünün növbəti biabırçı nümunəsidir. Prezident İlham Əliyev Ermənistanın hökumət başçısına elə yerindəcə haqq etdiyi cavabı verərək, onu həsəd aparılmayacaq bir vəziyyətə saldı: "Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub... Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir".
Amma Paşinyana nə olmuşdusa, yaxud ona nə etmişdilərsə və ya hansı psixoloji basqının altındaydısa, heç cür sakitləşmək bilmir, getdikcə özünü daha gülünc vəziyyətə qoyurdu. Paşinyanın iddialarının absurdluğu o səviyyəyə çatdı ki, o, Prezident İlham Əliyevin "Zəngəzur dəhlizi" ifadəsindən istifadə etməsini Ermənistana qarşı ərazi tələbi kimi dəyərləndirdi. Azərbaycan Prezidenti verdiyi cavabla onsuz da özünü gülünc vəziyyətə qoyan Ermənistan baş nazirini daha acınacaqlı duruma saldı: "Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır... "Dəhliz" sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər".
Ermənistanın hökumət başçısının ən çox istinad etdiyi sənəd 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanat idi. N.Paşinyan həmin sənədi yada salaraq bildirdi ki, Bəyanatda "dəhliz" sözü yalnız Laçın yolu ilə bağlı işlədilir və onun fikrinə görə, "Zəngəzur dəhlizi" ifadəsinin işlədilməsi elə bu səbəbdən yolverilməzdir. Amma Paşinyan yenə də riyakarlıq edərək unutdu ki, həmin sənəddə Azərbaycan ərazisinin əsas hissəsinin Naxçıvanla quru yolla birləşdirilməsini nəzərdə tutan müddəa təsbit olunub. Paşinyanın özünün də imza atdığı həmin sənədin 9-cu bəndində təsbit edilib ki, bu yolda nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd qurumu həyata keçirəcək. Əgər bu, adi yoldursa, niyə orada Rusiyaya aid olan dövlət orqanının nəzarət mexanizmi nəzərdə tutulurdu? Ermənistan rəhbərliyi seçmə üsulu ilə hansısa öhdəliyinin icrasından imtina etmək fikrinə düşübsə, bilməlidir ki, onun heç bir addımı qarşılıqsız qala bilməz və qalmayacaq. Azərbaycan Prezidenti bunu dəfələrlə ən müxtəlif platformalardan açıq şəkildə bəyan edib. Prezident İlham Əliyevin bu cavabı isə N.Paşinyana əsl diplomatiya dərsi oldu: "Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, "Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb". Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir".
Azərbaycan Prezidentinin bu açıqlaması Ermənistan hökumət başçısına diplomatiya dərsi olmaqla yanaşı, həm də qalib dövlət başçısının tarixi ədalətə və beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyinin nümayişi, siyasi iradəsinin diqtəsi demək idi. N.Paşinyan görüşlərin Vaşinqtonda, Brüsseldə və ya Moskvada keçirilməsindən asılı olaraq, əvvəllər də bu cür manipulyasiyalar edirdi. O, bu dəfə də Ermənistan siyasətinin riyakar ənənəsinə sadiq qaldı. N.Paşinyan bunu erməni cəmiyyətinin könlünü almaq, oradakı etiraz səslərini yumşaltmaq məqsədilə edir, yoxsa hansısa xarici dairələrin təlimatından kənara çıxa bilmir, bu, başqa bir təhlilin mövzusudur və əslində, o da nəticəni dəyişmir. Səbəblərindən asılı olmayaraq, bilməliyik ki, Ermənistan işğal dövründə sərgilədiyi siyasi oyunbazlığı indi davam etdirir və bundan sonra da davam etdirəcək. Onu da bilməliyik və əslində, artıq bilirik ki, Ermənistanda Paşinyana qarşı fəallaşan revanşistlərin arxasında erməni lobbisi ilə yanaşı, məlum xarici ölkələr də dayanır. Nə qədər qəribə olsa da, bu, yalnız bir ünvanla məhdudlaşmır. Xankəndidəki qondarma separatçı rejimin yaydığı bəyanat isə təkcə Paşinyana qarşı yönəlməyib. Bu, həmin ünsürlərin əli ilə həm də Azərbaycana edilən təzyiq cəhdidir. Açıq-aydın görünən odur ki, vasitəçilik həvəsində olan bütün dairələrin hədəfində humanitar niyyətlərdən daha çox, Cənubi Qafqaza təsir uğrunda apardıqları maraq savaşı dayanır. Bu mənada Moskva görüşünə ev sahibliyi edən Prezident Vladimir Putinin açıqlaması xüsusilə diqqət çəkir: "Məhz bizim formatda bir çox məsələlərə dair uğur əldə etmək mümkün olub".
Təxminən eyni məzmunlu bəyanatları digər formatların ev sahiblərindən də eşitməkdəyik. Bütün bunları görüb bildiyimizdən həm də ona xüsusi dəyər verməliyik ki, bir-birini qəbul etməyən həmin formatların hər birində Azərbaycanın maraqlarını qətiyyətlə qoruyan yalnız bir ünvan sahibi var. Prezident İlham Əliyev yerləşdiyimiz coğrafiyadan da yan keçməyən geosiyasi proseslərin mürəkkəbliyinə, müxtəlif təsir və təzyiq cəhdlərinə baxmayaraq, milli maraqlarımızın qorunması naminə bədxahlarımızın və hətta erməni cəmiyyətinin də həsəd apardığı səviyyədə siyasi iradə və ləyaqət nümayiş etdirir.
Murad Həsənli
Xəbərin oxunma sayı : 220
Sosial
Xəbərlər
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
-
Atəşkəs olmasa, əlavə sanksiyalar tətbiq edəcəyik - nTramp
-
Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi - VİDEO
-
Anqola Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
-
“Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk“ - Pakistanın daimi nümayəndəsi
-
Azərbaycan və Vyetnam arasında əsas perspektivli istiqamətlərindən biri turizmdir
-
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı
-
Azərbaycan və Vyetnam arasında ənənəvi olaraq təhsil sahəsində sıx əlaqələr mövcuddur
-
Siyasi-iqtisadi-ticari əlaqələrə, humanitar və mədəni mübadiləyə yeni töhfə
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
Azərbaycan və Vyetnam arasında əməkdaşlığın inkişafı möhkəm təmələ çevrilib
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır - Bilet qiymətləri 1077 manata qədər yüksəlib
-
Azərbaycan-Vyetnam münasibətləri iki dövlətin səmimi və mehriban dostluğunun müasir mənzərəsini əks etdirir
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
-
İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - Xəsarət alanlar var
-
Suriya və İsrail danışıqlar aparır - Şaraa təsdiqlədi
-
Hindistan və Pakistan tarixin ən böyük və ən uzun hava döyüşünü keçirdi - CNN
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? - SƏBƏB
-
Bayramov vyetnamlı həmkarı ilə görüşdü - Müzakirə
-
Tiflisdə partlayış təhlükəsi: ABŞ səfirliyindən sensasion xəbərdarlıq
-
Çempionlar Liqası: “Qarabağ” 2-ci təsnifata yüksəldi!
-
“Panorama“ hoteldə əxlaqsızlıq yuvası aşkarlandı, sahibkara HÖKM OXUNDU
-
İnam Kərimov Türkiyədəki konfransda - Fotolar
-
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
-
Arzu Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
-
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - FOTO
-
“Uşaqların ikisi itib, bilmirik kim aparıb” - Evini su basan sakin+Video
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! - Təhlükə saçır - VİDEO
-
Xatirə İslam sənətdən gedəcək - Bu tarixdə
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Nəsrin Cavadzadə eyvanda elə pozalar verdi ki... - FOTOLAR
-
Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq? - VİDEO
-
Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında - Fotolar
-
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
-
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb - Pakistanın həmrəyik
-
Bakıda dövlət ziyafəti verildi - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı
-
Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir + VİDEO
-
Prezident İlham Əliyev Qələbə Paradına getməyəcək! - Səbəbləri məlum oldu
-
“Vasmoy” bazarında qəribə fırıldaq - Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər (VİDEO)
-
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
-
Putin Kadırovla görüşdü - Vəzifədən gedir?
-
“Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər“ - Havaca Asif
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyeva No Fon Li ilə görüşdü - VİDEO/FOTO
-
İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - Fotolar
-
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanla Vyetnam arasında sənədlər mübadilə edildi - Fotolar
-
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
-
Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar
-
Atasının qətlini 60 minə sifariş edibmiş: Təbii yolla öldüyü bilinsin deyə “tok”a verəcəklərmiş
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
-
Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO
-
İlham Əliyevlə To Lamın geniş tərkibdə görüşü başladı - FOTO
-
Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meydan TV“ işi üzrə saxlanılan jurnalist həbs edilib - 1 ay 29 gün
-
Vyetnam lideri Bakıda - İlham Əliyev və birinci xanım qarşılayıblar
-
Serbiya Prezidentinin təyyarəsi Bakıda təcili eniş etdi - Moskvaya gedə bilmədi
-
Prezidentdən sənaye parkları ilə bağlı - Fərman
-
Azərbaycan bank sektorunda aparılan islahatlarla regionda irəlidədir - “S&P Global Ratings“ açıqladı
-
Pensiya kapitalından necə istifadə etmək olar? - Deputat qanunun tələblərini açıqladı
-
Nazirin təyinat xəbəri silindi - Naxçıvanda nə baş verir?
-
Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi - FOTOLAR
-
Kosmetoloq Dilrubə Sətyarlı lisenziyasız fəaliyyətini davam etdirir - FOTOLAR
-
Nazirlik tərəfindən bataqlıq ərazidə tikilmiş binanın sakinləri çəvəziyyətdə - VİDEO
-
Bakıda qadın estetik əməliyyatlarına pul verməyən kişinin başını əzdi - Cinayət işi açıldı
-
Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - VİDEO
-
“Pakistan Hindistanın raket hücumlarına cavab haqqını özündə saxlayır“ - Təhlükəsizlik Komitəsi
-
Vialon” MMC vətəndaşın başına daş yağdırır - VİDEO
-
Azad edilmiş rayonlarda tikinti xərcləri açıqlanıb - SİYAHI
-
Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
TOP 10
ARXİV