“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir

Tarix 08.05.25, 12:40

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Muxtar Respublikasında nazir təyinatı qaydalarında ciddi dəyişiklik gözlənilir. Modern.az-ın əldə etdiyi məlumata görə, artıq nazir vəzifəsinə təyinatlar birbaşa Ali Məclis sədrinin sərəncamı ilə deyil, Ali Məclisdə səsvermə yolu ilə təsdiq olunacaq.

Artıq bu praktikanın tətbiqinə başlanılıb. Ötən gün Naxçıvan iqtisadiyyat naziri vəzifəsinə Kazım Yaşar oğlu Hüseynəliyev səsvermə yolu ilə təsdiqlənib. Onun namizədliyi Naxçıvanın Baş naziri tərəfindən irəli sürülüb və təqdimat Ali Məclisin sədrinə təqdim olunaraq plenar iclasa çıxarılıb.

Təqdimat oxunduqdan və namizəd haqqında ətraflı məlumat verildikdən sonra "Kazım Yaşar oğlu Hüseynəliyevin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi haqqında” qərar səsə qoyularaq qəbul edilib.

İlkin mərhələdə yayılan xəbərlərdə nazirin Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə təyin olunduğu bildirilmişdi. Lakin daha sonra yayılan rəsmi məlumatla təyinatın parlament səsverməsi yolu ilə həyata keçirildiyi dəqiqləşdirilib.

Ali Məclisin birinci müavini Bəxtiyar Məmmədov səsvermənin nəticələrini elan etdikdən sonra yeni iqtisadiyyat nazirini təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, əvvəllər Naxçıvanda bir çox nazir, komitə rəhbərləri və digər mühüm vəzifələrə təyinatlar Ali Məclis sədrinin sərəncamları ilə baş tuturdu. Burada Ali Məclisin sədri və ya sədr səlahiyyətlərini icra edən şəxslər sərəncamlar imzalayır, birbaşa təyinatlar edirdilər.

Təyinat mexanizminin dəyişməsi ilə paralel olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da mühüm dəyişikliklər gözlənilir. Ötən ay xəbər vermişdik ki, Konstitusiyada nəzərdə tutulan əsas dəyişikliklərdən biri Naxçıvan Ali Məclisinin sədrinin "ali vəzifəli şəxs” statusunun ləğv edilməsi ilə bağlıdır. Hazırda həm qanunverici orqana rəhbərlik edən, həm də icra hakimiyyətində əsas sima kimi çıxış edən Ali Məclis sədrinin bu statusu hüquqi ziddiyyət kimi qiymətləndirilir. Dəyişikliklər baş tutarsa, bu ziddiyyət aradan qaldırılacaq və səlahiyyət bölgüsü daha aydın şəkildə tənzimlənəcək.

Həmçinin, Naxçıvan Ali Məclisinin sədrinin nazir təyinatlarını həyata keçirməsi səlahiyyətlərinin də mədudlaşdırılacağı gözlənilir.



Xəbərin oxunma sayı : 745




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap