“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Azərbaycana verdiyimiz söz var idi“ - Şenol Günəş

Tarix 26.05.21, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


“Hazırda zədə və digər səbəblərdən bizimlə birlikdə olmayanlar var. İyunun 1-də yekun heyəti açıqladıqdan sonra 26 futbolçu ilə hazırlaşa biləcəyik. 4 oyunçunun heyətdən kənarda qalması məyusedicidir. Oyunçular özlərini göstərmək üçün həyəcanlıdırlar. Bu, xoşuma gəlir.  30 futbolçu eyni şeyi düşünür. Bu önəmlidir. Onları bir ürək kimi görürəm".

Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Azərbaycanla sabahkı yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Azərbaycanla qarşılaşacağıq. Onlara "xoş gəldiniz" deyirəm. Biz tək millət, iki dövlətik. Azərbaycanla oyun mütləq keçirilməli idi. Əslində keçən il onlarla oynamalı idik. Həmin vaxt alınmadı. Amma verdiyimiz söz var idi. Azərbaycan millisini yaxından tanımıram. “Qarabağ”ın oyunlarını izləmişəm. Bu mövsüm “Neftçi” çempion oldu.  Oynayacağımız komandanın oyunçuların çoxu yerli çempionatda çıxış edən futbolçulardır. Onlar da yaxından tanımaq istəyirik. Müdafiə olan komandalar çətinlik yaradır.  Azərbaycan çətinliklə uduzan, yaxşı müdafiə olunan komandadır. Asan oyun olmayacaq. Əlimizdən gələnin ən yaxşı edərək gözəl qalibiyyət əldə etmək istəyirik" - deyə o bildirib.

Ş.Günəş Avro-2020-dəki hədəfləri haqda da danışıb. O bildirib ki, arzuları qrupdan çıxmaqdır: "Ondan sonra mümkün qədər irəliləmək istəyirik. Azərbaycandakı azarkeşlərə də iş düşür. Onların bizi dəstəkləməsini istəyirəm. Bu dəstəyin də öz oyunçuları anlayışı çərçivəsində olmasını arzulayıram. İtaliya ilə ilk matçın nəticəsindən asılı olmayaraq, Azərbaycandakı iki görüş bizim üçün çox önəmlidir. Həm azərbaycanlılar, həm də türkiyəlilər üçün qrupdan çıxmaq istəyirik. Hamımızın birlikdə əl-ələ verib, Bakıdakı hər iki görüşdə qələbə qazanaraq sevinməyimizi istəyirəm. Onların dəstəyinə və meydada uğurlu çıxışıma ehtiyacımız var".



Xəbərin oxunma sayı : 985




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap