| |
|
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - Video
Tarix 12.08.26, 8:00 |
|
“İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir”.
AzFakt.com xəbər verir ki, bunu Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib.
“Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün.
Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. İki hissə mövcud deyildi, hər ikisi də Ermənistan sərhədinə yaxındır - biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil, təqribən 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir və bu gün də ondan istifadə edilir və edilə bilər”, - Prezident qeyd edib.
Dövlət başçısının sözlərinə görə, bu gün mövcud olan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon tondur: “İlkin mərhələ üçün Zəngəzur dəhlizinin və ümumiyyətlə, Şərq-Qərb dəhlizinin bir qolu olan bu yolun fəaliyyətə başlaması kifayətdir. Amma bizim istəyimiz ondan ibarətdir ki, bu nəqliyyat dəhlizindən ən azı 15 milyon ton yük keçsin. Onun üçün bu gün mövcud olan dəmir yolu yenidən qurulmalıdır, reabilitasiya edilməlidir. Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi. Mənim də göstərişlərim ondan ibarət idi ki, vaxt itirmək lazım deyil, Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır.
Onu da bildirməliyəm ki, bir çox beynəlxalq qurum, bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə. Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər.
Biz prinsip etibarilə buna etiraz etmirik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur. O ki qaldı, Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq. Olmasa da, biz özümüz bu yolu çəkəcəyik. Bizim indi hansısa maliyyə problemlərimiz yoxdur. Olsaydı belə bu önəmli layihəyə hər zaman biz vəsait tapardıq. Amma biz hesab edirik ki, bu yolu beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə Naxçıvan dəmir yolu layihəsi məhz dediyim kimi, bir neçə şirkətdən ibarət konsorsium tərəfindən inşa edilə bilər”.
İlham Əliyev vurğulayıb ki, bu məsələ ilə bağlı bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub: “Hələ ki, bu barədə danışmaq istəmirəm. Sadəcə olaraq, konseptual nöqteyi-nəzərindən bu mümkündür. Ancaq onu da mən bu gün nəqliyyat nazirinə və Dəmir Yolu İdarəsinin rəisinə dedim, biz əlbəttə ki, buna açığıq, amma vaxt itirmək istəmirik. Çünki cənab Prezident Trampla son söhbət zamanı aydın oldu ki, Ermənistan ərazisində dəmir yolunun tikintisi bu il başlanmalıdır, orada cəmi 42 kilometr yoldur.
Naxçıvan ərazisində isə yeni texniki-iqtisadi əsaslandırma əsasında, - çünki tamamilə yeni texniki-iqtisadi əsaslandırma işlənilib, - yolun uzunluğu 194 kilometr olacaq. Əvvəllər daha qısa idi. Nə üçün daha uzundur? Çünki əvvəllər döngələr daha qısa idi və o xətti biz əsas götürsək, əgər tam necə var idi elə bərpa etsək, bu, 15 milyon ton yükü qaldıra bilməz. Ona görə yol daha uzun olacaq - 194 kilometr. Biz vaxt itirə bilmərik. Bizim vəsaitimiz də var bu il və gələn il. Ona görə yəqin ki, mənim sözlərim müxtəlif ünvanlara da çatacaq. Əgər kimsə bu layihədə iştirak etmək istəyirsə, vaxt itirməsin və tezliklə bizimlə artıq razılaşmaya gəlsin. Çünki bəzi bürokratik əngəllər, məsələlərin uzadılması, yəni bu bizim, Azərbaycanın üsuli-idarəsi deyil. Biz məsələləri müəyyənləşdiririk, qərar qəbul edirik, dərhal bunun icrasına başlayırıq.
Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur. Layihənin icrası bildiyimə görə, ya başlayıb, ya da ki, başlayacaq. Hər halda Azərbaycan ərazisində bu layihə hazırdır. Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır.
Ona görə bu gün strateji nöqteyi-nəzərindən, bundan əvvəl dediyim amillərlə yanaşı, bu amil də çox önəmli rol oynayır. Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür.
Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi “bypass” etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək”.
Xəbərin oxunma sayı : 169
Sosial
Xəbərlər
-
İrana etibar edəcək sonuncu adamam - Donald Tramp
-
Qaradağ və Suraxanıda narkotik əməliyyatı keçirildi - Video
-
Maşın alarkən bu tələyə düşməyin - Açıqlama
-
II qrupda bu universitetlər təhsil haqlarını artırdı - TAM SİYAHI
-
Bu kameralar radar funksiyasını da yerinə yetirir? - VİDEO
-
Azərbaycan, ABŞ və Ermənistan diplomatları Vaşinqtonda görüşüb - XİN
-
“Təyyarəm daha böyük risk altında idi” - Gizli uçuşu təsdiqlədi
-
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - Video
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq - Prezident
-
Hansı ali məktəblərdə təhsil haqları artıb və ya azalıb? - VİDEO
-
“Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub” - İlham Əliyev
-
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
-
“Rusiya Gilmanın azad edilməsi müqabilində heç nə tələb etməyib“ - Tramp
-
Sürücülər çətin vəziyyətdə: yol dar, hərəkət intensiv - VİDEO
-
Prezidentlə xanımı Möminə xatun türbəsində-FOTO
-
İlham Əliyev AzTV-yə müsahibə verdi - TAM MƏTN
-
Çempionlar Liqası:“Sabah” pley-off mərhələsinə yüksəldi
-
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
-
Naxçıvan Sənaye Parkının təməli qoyuldu - FOTOLAR
-
Zibil yandırılır, tüstü evlərə dolur: Lənkəranda sakinlərin narazıdır (VİDEO)
-
Tramp FIFA-ya xəbərdarlıq etdi: “Əgər İnfantino getsə…”
-
Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında - Video-Fotolar
-
Azərbaycanda axtarışda olanların sayı açıqlandı - Statistika
-
İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət edib - FOTO
-
Rusiyanın mülki itkiləri rekord vurub - “Bu, Putini saxlamayacaq”
-
Prezident İlham Əliyev Naxçıvanda səfərdədir -VİDEO
-
“Neftçi“ klub tarixinin ən bahalı satışını edir - 1,5 milyon avrodan çox gəlir əldə edəcək
-
Əsədin gizli nüvə mirası: BAEA Suriyada hərəkətə keçir
-
Kişilər ən çox hansı rayonlarda ailə üzvləri tərəfindən zorakılığa məruz qalır? - SİYAHI
-
Pakistanın daxili işlər naziri Tehrana getdi - İran rəhbərləri ilə görüşəcək
-
Bir il əvvəl itkin düşmüş qadın öldürülübmüş - Oğlu tutuldu
-
ABŞ-ın sursatı Baydenə görə azalıb - Donald Tramp
-
Marketə gedəndə bu səhvi etməyin: Pulunuz cibinizdə qalsın
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir əmr imzaladı - Kənan Aşurova yeni vəzifə verdi
-
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb - AQTA
-
Bakıda torpaq sahələrinin qiymətində kəskin bahalaşma - Rəqəmlər açıqlandı
-
“Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
-
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
-
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - Siyahı
-
Şadlıq evləri toy qiymətlərini artırdı-VİDEO
-
Avto-icbari sığortada ən çox şikayət edilən şirkətlər - SİYAHI
-
“Tramp danışıqlar üçün İrana yalvarırdı...“ - Abbas Əraqçi
-
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
-
Bibər yükündə 25 kq-dan çox marixuana aşkarlanıb - VİDEO
-
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu - TƏFƏRRÜAT/FOTO
-
Azərbaycanda un neçəyə satılır? - Topdansatış qiymətləri
-
“Saxta nikah“, məcburiyyət, aldatma - Nikah hansı hallarda etibarsız sayılır?
-
DİN-dən onlayn alış-verişdə kiberdələduzluqla bağlı – Xəbərdarlıq
-
Azərbaycanda ucuz avtomobillər hərracda - 600 manatdan başlayır
-
Ermənistan Aİİ üzrə referendum keçirməsə, addımlar atılacaq - Qaluzin
-
“Mirana Luxury“ şadlıq sarayı satışa çıxarıldı - 5,5 milyona
-
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
-
“Heyvan alıb satacağıq, qazanc verəcəyəm“ - Bakıda vətəndaşları aldadana CƏZA
-
Korte Bəyannaməsi“ qəbul olunub - Bakının təşəbbüsüylə + SƏNƏD
-
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Sosial sığorta haqları üzrə daxilolmalar 6,3% artıb - DSMF
-
“Avropa İttifaqı reallaşması mümkün olmayan vədlər verir“ – Rusiya XİN
-
I qrupda təhsil haqları: ən ucuz və ən bahalı ixtisaslar
-
Milyonluq fırıldaq və 25 arvad - Hindistanda kuryoz hadisə
-
Azərbaycanın strateji valyuta ehtiyatları 86,8 milyard dolları ötüb - Statistika
-
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - VİDEO
-
Biləcəridə bina sakinlərinin hotel kabusu - “Gecələr rahatlığımız pozulub“ + VİDEO
-
Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
-
Azərbaycandan Türkiyəyə göndərilən cehizlik əşyaların ünvana verilmir - VİDEO
-
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
-
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
-
İran Ukraynaya ultimatum verdi - “Kiyevdən qisas alınacaq...”
-
Daxil Kərimov özünü və Əlixan Şirvanovu necə qorudu? - Nazirin rolu olub?
-
MİQ müsabiqəsi: ümumi vakansiya seçimi mərhələsi başlayır
-
“Azərbaycanda işləmək məni həyəcanlandırır“ - Ceki Çan
-
“PAŞA Bank“ın kredit portfeli sürətlə böyüyüb - Rəqəmlər
-
Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi - SİYAHI
-
Kiberpolis əməliyyat keçirdi: 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi (VİDEO)
-
Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqısı qalxıb - Son 6 ayda
-
Şıxov çimərliyində iki qadın dənizdə boğuldu - FHN axtarışa başladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda 60 mindən çox iş yeri boş qalıb - Vətəndaşlar niyə bu işlərə maraq göstərmirlər?
-
Naxçıvana biletləri öncədən alın - AZAL-dan müraciət
-
Dövlət avtomobilləri satışa çıxarılır: Sentyabrın 15-də növbəti hərrac keçiriləcək
-
Azərbaycanda orta aylıq əməkhaqqı nə qədər olub? - STATİSTİKA
-
FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi – Sahəsi 1 480 kv. metrdir
-
Bu şəxslərin evi hər an sökülə bilər - Bakıda yeni proses başlayır
-
“Atəşgah Sığorta“ 1 milyon manat zərər edib - TƏFƏRRÜAT
-
Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı - 1500 manat azaldıldı
-
“Məqsəd Aİ-dən pul qoparmaqdır“ – Belarusdan Latviyanın sərhəd qərarına etiraz
-
Bu ölkələrdəki səfirlər geri çağrıldı- Yeni təyinatlar edildi + DOSYELƏR
-
Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR
-
“Məkkə razılaşmasından narahatlıq üçün əsas yoxdur“ - İran XİN
-
Yerə yeni maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
-
Birinci kurs tələbələrinin yaşadığı əsas problem - “Universitetlər bunu etməlidir”
-
Azərbaycanda ən çox böyüyən sığorta şirkətləri - SİYAHI
-
Yağış yağacaq, leysan olacaq - Sabahın havası
-
Qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərini bu şirkət tikəcək - 5.2 milyon alacaq
-
Müharibənin gedişində əsas dəyişiklik: Ukrayna döyüşləri Rusiya ərazisinə daşıyır
-
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
-
DOST Agentliyinin “dostu“... - “İnnova İnşaat“ 11 milyonluq tenderlərin qalibi olub
-
Almaniya səmasında nə baş verir? - UNO müşahidələrində rekord
-
Səhiyyə Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət etdi - Elnarə Canlı ilə bağlı
-
Litvanın Baş naziri İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə - Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri...
-
Ötən həftə 925 yanğına çıxış olub - 10 meyit aşkarlanıb
-
Mourinyo yeni transferi bəyənmədi - “Məzuniyyətdə futbolla əlaqəsini kəsib...“
-
“Yol çəkilib, amma keçid qoyulmayıb“ - VİDEO
-
“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” - Qaluzin
-
Azərbaycanda yaşlılar daha çox, gənclər daha az boşanır - RƏQƏMLƏR
-
“Müharibə zamanı Azərbaycan bizə çox kömək oldu” - Pezeşkian
-
Vaşinqtondan Kiyevə kritik yardım: Rusiya obyektlərinin koordinatları verilir
-
Zaqatala icra başçısının sürücüsü qəzada öldü - FOTO
-
Bakının iki rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
-
Toylar başlayır - Şadlıq evləri qiymətləri artırıb - VİDEO
-
“Misir də bu ittifaqına qoşula bilər...“ - Hakan Fidan
-
ABŞ hücum etsə, qətiyyətli cavab veriləcək - İrandan xəbərdarlıq
-
Kasko sığorta ilə bağlı yeni yanaşmalar tətbiq olunacaq - VİDEO
-
Magistratura üzrə təhsil müddətinin 1 ilə endirilməsi təklif olunur - VİDEO
-
Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
-
Sabah 11 marşrut bu dayanacaqlarda saxlamayacaq - Siyahı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
-
ABŞ təzminat ödəyənə qədər danışıqlar aparılmayacaq - Əraqçi
TOP 10
ARXİV






