![]() |
|














`Azercell` 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
Tarix 09.01.25, 16:37 |
|

Elə bir ay yoxdur ki, mobil operatorlar heç bir səbəb olmadan qiymətləri qaldırmasınlar. İndi isə "Azercell" daha da irəli gedərək 1 fevral 2025-ci il tarixindən etibarən aylıq 2 AZN-lik limit tətbiq edəcək yəni abunəçilər hər ay balanslarına məcburi qaydada 2 AZN vəsait yükləməlidirlər. Əgər 2 AZN-dən az vəsait yüklənilsə və ya balansa ümumiyyətlə vəsait yüklənilməsə, 2 AZN xidmət haqqı tətbiq ediləcək və "Azercell2 abunəçinin balansından 2 AZN siləcək.
Bu barədə AFN.az-a ünvanladığı müraciətdə Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov bildirib. Oxucumuz hesab edir ki, "Azercell"in bu qərarı oğurluqdur: "Abunəçinin razılığı olmadan mobil operatorun nə ixtiyarı var balansından vəsait silsin? Yaxud abunəçiyə zorla hər hansısa paket versin? Bu, istehlakçı hüquqlarının pozulmasıdır. Bu absurd qayda digər mobil operatorlarda bu ilin fevral və may ayından var, amma onlarda heç olmasa balansdan silinən 2 AZN müqabilində şəbəkədaxili dəqiqələr və internet paketi verilir. "Azercell"də isə ümumiyyətlə heç bir dəqiqə və internet paketi verilmir".
Şikayətçi bildirir ki, abunəçi balansını kredit vasitəsi ilə və ya "Paycell" vasitəsi ilə artırsa belə, bu, aylıq sərfiyyat limiti kimi hesablanmır: "Yəni abunəçi məcburi qaydada balansa öz pulu ilə vəsait yükləməlidir. Bundan başqa, əvvələr danışıq kartının istifadə müddəti bitdikdə nömrənin xətti 180 gün yəni 6 ay birtərəfli qaydada bağlı qalırdı balansa vəsait yüklənilməsə nömrə ləğv edilirdi, indi isə bu müddət 90 günə yəni 3 aya endiriləcək. Halbuki bütün dünyada xəttin bağlanılması anlayışı yoxdur, bu, yalnız Azərbaycanda var. Xatırladım ki, "Azercell" bir neçə ay öncə danışıq kartlarının müddətini azaltmış bu ay (müraciət redaksiyamıza dekabr ayında daxil olub-red.) isə bütün tarif paketlərində qiymətləri kəskin şəkildə qaldırmışdı. Bildiyiniz kimi, elə bir ay yoxdur ki, hər hansısa xidmətin qiyməti bahalaşmasın. "Azercell" isə qiymətləri guya xidmət səviyyəsinin yüksəldilməsi üçün bahalaşdırdığını desə də, xidmət səviyyəsi əksinə daha da aşağı düşüb. Belə ki, əvvəllər telefon mərkəzinə edilən şikayətlərə zənglə geridönüş edilirdisə, indi sadəcə şablon şəkildə SMS ilə cavab verilir. Əvvəllər telefon mərkəzində abunəçi həll edilməyən şikayətlər ilə bağlı qrup rəhbəri ilə danışa bilirdisə, indi bu da ləğv edilib, abunəçi şikayətini heç bir yetkiliyə bildirə bilməz".
Oxucumuzun toxunduğu başqa bir məqam isə "Azercell" şirkətinin maliyyə hesabatı ilə bağlıdır. İ.Məmmədkərimov bildirir ki, şirkət 2023-cü ilin maliyyə hesabatını hələ də açıqlamayıb: "Artıq 2024-cü ilin sonudur və şirkət 2024-cü ilin maliyyə hesabatını açıqlamalıdır, amma 1 ildir ki, 2023-cü ilin maliyyə hesabatı açıqlanmır. Bununla bağlı telefon mərkəzinə iyul ayından müraciət etsəm də, həmin vaxt təklifiniz bizim üçün çox önəmlidir, istəyinizin tətbiqi imkanları araşdırılacaq şəkilində şablon şəkildə SMS göndərib götürüb qeydiyyatı bağladılar. Daha bir neçə ay gözləyib noyabr ayında telefon mərkəzinə maliyyə hesabatı ilə bağlı yenidən müraciət etdikdə operatorlar mənə göndərilən şablon şəkildə SMS-i əsas gətirərək sizə artıq cavab verilib dedilər və bununla bağlı baş ofislə əlaqə saxlamalı olduğumu bildirdilər. 26 noyabr tarixində baş ofislə əlaqə saxladım müraciətimi yenidən qeydə aldılar və 1 aydır ki, müraciətimə cavab verilmir. Ümumilikdə isə iyul ayından bəri 5 aydan çoxdur ki, bir nəfər belə əlaqə saxlayıb məlumat vermir. Keçən il də eyni hal baş vermişdi yəni maliyyə hesabatı may ayında açıqlanmışdı.
Maliyyə hesabatını gizlətməyin bir səbəbi var: Bildiyiniz kimi 2018-ci ildən "Azercell" dövlət şirkətidir və "TeliaSonera" 2015-ci ildən Avrasiya regionunu tərk edəcəyini açıqladıqdan sonra "Azercell" 2018-ci ilədək 3 il zərərlə çalışıb. Rabitə Nazirliyi məcbur olub "Azercell"in 51%-lik payını "TeliaSonera"dan 222,5 milyon dollara aldı. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, "Azercell" gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşəcək. Bu yaxınlarda İKT üzrə ekspertlər "Azercell"in özəlləşmə məsələsini gündəmə gətirəndən sonra görünür şirkətdə narahat olublar və maliyyə hesabatını gizlətməyə qərar veriblər".
Bütün qeyd edilənlərlə bağlı "Azercell" şirkətindən açıqlanan mövqedə bildirilir ki, mobil rabitənin dəyişən trendlərini nəzərə alaraq "Azercell" mütəmadi olaraq mövcud xidmətlərin optimallaşdırılmasını həyata keçirir: "Bu məqsədlə bəzi xidmətlərin uzunmüddətli və səmərəli texniki dəstəyini təmin etmək üçün xidmətlərin istifadə şərtlərində vaxtaşırı müvafiq dəyişikliklər tətbiq edilə bilər. Telekommunikasiya şəbəkəsinin keyfiyyətinin artırılması və şəbəkənin daha da genişləndirilməsi üzrə işlərimiz planlı şəkildə davam etdirilir. "Azercell" olaraq hədəfimiz abunəçilərimizə ən yüksək xidmət və ən son texnologiyaları təqdim etməkdir. Abunəçilərin istifadəsinə verilən nömrələr ilə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər "Azercell" tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri ("KİV”) ilə bu müqavilədə müəyyən edilmiş qaydada abunəçiləri öncədən xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər. Bildiririk ki, müvafiq dəyişiklik abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqavilələrinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilib. Dəyişikliyə dair elan 21.12.2024-cü il tarixində "Azərbaycan" qəzetində dərc edilməklə abunəçilər məlumatlandırlmışdır: https://azerbaijan-news.az/az/posts/detail/azercell-abunecilerinin-nezerine-1734726491/347969.
Eyni zamanda, abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər".
Şirkətdən 2023-cü ilin maliyyə hesabatı ilə bağlı oxucunu narahat edən suallara cavab verilməyib.
Xəbərin oxunma sayı : 760
Sosial
Xəbərlər
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Nəsimi rayonunda mənzil qanunsuz olaraq obyektə çevrilib - FOTOLAR
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə
-
“8 Noyabr“ Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
TOP 10
ARXİV