Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Azpulmat” və “Manato”ya borcu ödəməyənləri nə gözləyir? - AÇIQLAMA

Tarix 14.02.25, 8:20

Font ölçüsü : - / +
bitmap-img6


Son illərdə Azərbaycanda bank olmayan kredit təşkilatlarından (BOKT) istifadə edən şəxslərin sayı artıb. Bu cür kreditlər daha sürətli və asan bir şəkildə alınması ilə tanınır. “Azpulmat”, “Manato” və digər bu tip təşkilatlar vətəndaşlara kiçik məbləğlərdə və qısamüddətli kreditlər təklif edir. Çox vaxt bəzi şəxslər borc öhdəliklərini düzgün yerinə yetirmirlər. Onlar kreditin qaytarılmasını gecikdirir və ya tamamilə ödəməkdən imtina edirlər.

Bəs BOKT-lara borcunu ödəməyən şəxsi nə gözləyir?

Bununla bağlı iqtisadçı ekspert Asif İbrahimov Metbuat.az-a açıqlamasında bildirib ki, bank olmayan kredit təşkilatları, kredit ittifaqları ilə banklar arasındakı fərq əsasən onların yaradılmasında tələb olunan nizamnamə kapitalının minimum məbləği ilə müəyyən edilir. Mahiyyət etibarilə onların işləmə mexanizmləri oxşar və bir çox hallarda eynidir:

“Bankların nizamnamə kapitalı mövcud qanunvericiliyə uyğun olaraq 50 000 000 manat olaraq müəyyən edilib. Bank olmayan kredit təşkilatları (BOKT) kommersiya hüquqi şəxs olduqda 300 000 manat, qeyri-kommersiya hüquqi şəxs olduqda isə minimum 30 000 manat nizamnamə kapitalına malik olmalıdır. Kredit ittifaqlarında isə bu məbləğ 4 000 manat təşkil edir. Bu qurumların əsas funksiyası kredit verməkdir və onların əsas müştəriləri orta statistik Azərbaycan vətəndaşları, sahibkarlar və digər sahələrdə fəaliyyət göstərən şəxslərdir. Banklar bank olmayan kredit təşkilatları və kredit ittifaqlarından fərqli olaraq, kredit risklərini azaltmaq üçün girov tələb edə bilirlər”.

 e4ea4b2feb-whatsapp-image-2025-02-13-at-140654.jpg (114 KB)

Ekspert qeyd edib ki, “Azpulmat” və “Manato”da da elektron müqavilələrdən geniş istifadə olunur:

“Kredit götürən şəxs FİN kodu vasitəsilə elektron sistemə daxil olaraq kredit rəsmiləşdirə bilər. Borcun ödənilməməsi halında isə BOKT-lar qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilirlər. Məhkəmə tərəfindən borcun ödənilməsi ilə bağlı qərarlar inzibati qaydada icra edilir”.



Xəbərin oxunma sayı : 772




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap