“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Bu, mənim üçün fantastikdir“ - Mourinyudan Mourinyusayağı şərh

Tarix 16.05.23, 17:22

Font ölçüsü : - / +
bitmap-img6


"Roma"nın baş məşqçisi Joze Mourinyu A seriyasında "Bolonya" ilə heç-heçə etdikləri (0:0) qarşılaşmanın ardından açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, "Pazzi Di Fanta" onun dediklərini belə çatdırıb:

"Fanatlar məni dinləməlidirlər. Biz bir neçə həftə öncə turnir cədvəlinin daha üst sıralarında olanda demişdim ki, komanda həftədə yalnız bir uğurlu matç keçirəcək potensialdadır. Çünki oyun sayı artdıqca iki cəbhədə mübarizə aparmağa resurslarımız imkan vermirdi. Düzdür, turnirlər arasında fərq qoymamağa çalışırdıq. Amma son iki-üç ayda bu barədə daha çox danışmağım da səbəbsiz deyil. 

Biz fantastik mövsüm keçiririk. İnsanlar nə istəsələr danışa, təhlil edə bilərlər. Mövsümü dörd, yeddi və ya başqa pillədə bitirə bilərik. Əmin olduğum budur ki, biz limitli heyətlə mübarizə aparmışıq. Böyük seçim, rotasiya imkanımız olmayıb. Bu, mənim üçün fantastikdir. 

Oyuna gəlincə, çətin qarşılaşma idi. Belottinin qol vurmaq üçün əla fürsəti oldu. Həm də təmiz penaltimizi vermədilər. Heç-heçəyə layiq idik".



Xəbərin oxunma sayı : 760




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap