“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Bu müğənnilər məni sənətdən iyrəndirir!” - Toya gedib camaatı aldadırlar

Tarix 22.07.25, 21:43

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər sosial şəbəkələrdə yayılan görüntülər böyük rezonans doğurub. Müğənni Nəfəsin konsert zamanı canlı ifa edə bilməməsi izləyicilərin tənqidinə səbəb olub. Sosial media istifadəçiləri ifanın keyfiyyətsizliyindən narazı qalaraq, fonoqramla səhnəyə çıxan sənətçilərə qarşı sərt mövqe nümayiş etdiriblər. İzləyicilər haqlı olaraq sual edirlər: “Toylarda yarım saat üçün 5 min manat qonorar alan biri niyə canlı oxuya bilmir?”. Bu hadisə sənətdə keyfiyyətin və peşəkarlığın nə qədər önəmli olduğunu bir daha gündəmə gətirib.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan müğənni Cavad Rəcəbov bildirib ki, sənətdə uzun illərin təcrübəçisi olaraq bu acınacaqlı vəziyyətə görə məyus olur:

“Mən artıq 60 ildir sənətdəyəm. 13-14 yaşlarımdan çadır toylarda iştirak etmişəm. O vaxtlar mikrafon belə yox idi, amma biz saatlarla canlı ifa edirdik və bu təcrübə məni gücləndirdi. Sonralar, 70-ci illərin əvvəllərində mikrafon istifadəsi başladı və işimiz bir qədər yüngülləşdi, amma yenə də toylarda canlı ifa etməyə davam etdik. İndi isə vəziyyət çox acınacaqlıdır. Toya gedib fonoqrama oxuyan sənətçilər çoxdur. Hətta bəzi xanım müğənnilər yarım saat üçün 5 min manat qonorar alır, amma bütün toyu fonoqrama ilə keçirirlər. Bəzi toy sahibləri buna göz yumur, bəziləri isə etiraz edir. Onlar deyir ki, pulumu vermişəm, məclis boyunca canlı oxu!”.

O, öz sənət yolundan da danışaraq qeyd edib ki, belə hallar onu sənətdən iyrəndirir:

“Mən uzun illərin sənətkarıyam, “Dan Ulduzu” instrumental ansamblının solisti olmuşam. Haqqımda sənədli film çəkilib, Radionun qızıl fondunda səs yazılarım saxlanılır. Mədəni Maarif Kolecini və Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Bu səbəbdən də indiki vəziyyət məni çox üzür. İnsan belə halları görüb sənətdən iyrənir. Fonoqram lazımdır, amma yerində və ölçüsündə istifadə olunmalıdır. Məsələn, klip çəkilişlərində və ya çətin şəraitdə ondan istifadə etmək olar. Amma indi toylarda vəziyyət tamamilə fərqlidir, toylarımızın səviyyəsi aşağı düşüb. Axırımızın hara gedəcəyini bilmirəm”.

Cavad Rəcəbov həmçinin özünün ölkədə ilk fonoqramı hazırlayan və ilk şadlıq evini açanlardan olduğunu vurğulayıb:

“Ölkədə ilk fonoqramanı mən yaratmışam. İlk şadlıq evini – “Nur”u mən açmışam. Orada şəhid ailələri və imkanı zəif olan insanlar üçün restoranı pulsuz etmişik, hətta məclislərində özüm ifa etmişəm. Eyni zamanda səhnəyə nağara ifaçısı kimi gəlmişəm. Habil Əliyev, Teymur Mustafayev və Hacı Məmmədov kimi sənətkarların ansambıllarında ifa etmişəm. Azərbaycanda ilk səsyazma studiyası məndə olub. Ölkədə ilk musiqi yenilikləri edən insanlardan biri də mən olmuşam. O vaxtlar düzgün texnika da yox idi. 70-80-ci illərdə DJ-lik etmişəm. Ərəb, fars və hind musiqilərinə orkestrla öz səsimi daxil edən ilk ifaçı mən olmuşam. Buna görə də, yalandan fonoqrama oxuyub, ev sahiblərindən külli miqdarda pul alanları qəbul edə bilmirəm”.



Xəbərin oxunma sayı : 1252




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap