Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

“Buna görə üzgünük” - Şenol Günəş

Tarix 12.06.21, 14:03

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsi çərçivəsində İtaliya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

AzFakt.com xəbər verir ki, türkiyəli mütəxəssis 0:3 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:

"Avropa çempionatının açılış matçında meydan sahiblərinə gücümüzü göstərmək, onlara çətinlik yaşatmaq istəyirdik. Rəqiblə bərabər səviyyədə oynamağı, gözəl futbol sərgiləməyi düşünürdük. Amma bunu bacarmadıq. Rəqib bizdən üstün idi. Texniki cəhətdən bizdən daha üstün olduqlarını göstərdilər. Xüsusilə ilk hissədə rəqibin təzyiqindən qurtula bilmədik. İtaliya yığması topu ələ keçirəndə onu rahatlıqla vermir. Əvəzində bizdən topu daha rahat ala bilirdilər. Birinci hissədə rəqibin təzyiqinə dözə bilsək də, ikinci hissədə xüsusilə qol buraxdıqdan sonra oyuna nəzarəti daha da itirdik. Qarşımızda daha üstün rəqib vardı. Bizdən daha yaxşı olan rəqibə məğlub olduq. Oyunumuzun İtaliya yığmasından çox geri qaldığını gördük. Amma rəqib nə qədər güclü olsa da, biz də öz oyunumuzu sərgiləyə bilmədik. Bəlkə də ilk qolu buraxmasaydıq, daha da dirənə bilərdik. Bu oyunda qazanacağımız bir və ya üç xal bizə böyük fayda verərdi. Olmadı. Buna görə üzgünük. Qarşıda daha iki oyunumuz var. Hər ikisində qalib gəlməyə çalışacağıq. İlk oyun Uelsə qarşı olacaq. Ümid edirəm ki, həmin oyunda düşündüklərimizi meydanda göstərə və istədiyimiz nəticəni qazana biləcəyik".



Xəbərin oxunma sayı : 739




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap