Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Çempionlar Liqası:“Qarabağ“ ilk oyunda uduzdu

Tarix 06.08.24, 22:06

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxır.

AzFakt.com xəbər verir ki, Ağdam klubu doğma azarkeşləri önündə "Ludoqorets”i qəbul edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesab 57-ci dəqiqədə açılıb. Cərimə zərbəsindən qapı önünə göndərilən asmaya Duarte dəqiq baş zərbəsi endirib: 0:1.

Hesabda geri düşəndən sonra təzyiqi artıran "Qarabağ" çox keçmədən hesabı bərabərləşdirməyə müvəffəq olub. Juninyo 65-ci dəqiqədə topu tora qovuşdurub.

Buna baxmayaraq Bolqarıstan təmsilçisi matçın 87-ci dəqiqəsində yenidən önə keçməyi bacarıb. Qurulan əks-hücum zamanı Vidalın baş zərbəsindən sonra Buntiç qapısında ikinci topu görüb.

Matçın qalan vaxtında "Qarabağ" hesabı bərabərləşdirmək üçün böyük qüvvəylə irəli atılsa da, bu cəhdlər heç bir nəticə verməyib.

Beləliklə, təmsilçimiz Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçını məğlub başa vurub: 1:2.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü avqustun 13-də Bolqarıstanda baş tutacaq.
Ətraflı

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun

6 avqust

Qarabağ (Azərbaycan) - Ludoqorets (Bolqarıstan) 1:2
Qollar: Juninyo, 65 - Deroy Duarte, 56. Kayo Vidal, 87.
Qırmızı vərəqə: Kayo Vidal, 90.

Qarabağ: 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo.

Ludoqorets: 39. Hendrik Bonmann, 3. Anton Nedyalkov (k), 24. Oliver Verdon, 4. Dinis Almeyda, 17. Son, 30. Pedro Naressi, 23. Deroy Duarte, 6. Yakub Pyotrovski, 11. Kayo Vidal, 37. Bernard Tekpetey, 9. Kvadvo Duah.

Baş hakim: Urs Şnider, Marko Zürker, Benjamin Zürker, Sven Volfensberger (İsveçrə).
VAR hakimləri: Fedayi San, Yohannes von Mandax.
Tofiq Bəhramov adına Respublika Stadionu.



Xəbərin oxunma sayı : 1048




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap