“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“Estonlara qarşı çox qaçmalı olduq” - Canni De Byazi

Tarix 13.10.23, 23:11

Font ölçüsü : - / +
bitmap-img6


“Estonlara qarşı çox qaçmalı olduq”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Tallində Estoniya yığmasına 2:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandasının çıxışından razılıq edib:

“Yaxşı oyun göstərdik. Matça uğurlu başladıq, erkən qol vurduq. Fiziki cəhətdən güclü rəqiblə qarşılaşdıq. Əvəzləmələrin üçünü sarı vərəqələrə görə etdik”.
O, seçmə mərhələdə daha bir qələbə qazanacaqlarına ümid etdiyini bildirib.

Baş məşqçi Rahil Məmmədov və Mahir Emrelinin əvəzlənərkən etirazına da reaksiya verib:

“Üç gündən sonra çox vacib oyunumuz var. Bəzi futbolçular yorulmuşdular, sarı vərəqələri də var idi. Rahil Məmmədov klubunda az oynayır. Avstriya ilə qarşılaşmanı da düşünməliyik. Rəqib bizi çox qaçmağa vadar edəcək. Bu səbəbdən oyunçularımın hazır olmasını istəyirəm”.



Xəbərin oxunma sayı : 1360




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap