Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Haiti yığmasını məğlub etmək istəyirik“- Fernandu Santuş

Tarix 21.03.25, 23:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 70 yaşlı mütəxəssis sabahkı matç ərəfəsində belə danışıb:

"Meydana çıxacaq futbolçuları müəyyənləşdirmişəm. Təbii ki, heyəti deyə bilməyəcəm. Keyfiyyətli futbolçulardan təşkil olunmuş yığmaya qarşı oynayacağıq. Rəqibin son 5-6 oyunlarını izləmişik və təhlil etmişik. Məşqlərdə onların oyun üslublarına qarşı hazırlaşmışıq. Rəqib daha çox hücum futboluna üstünlük verir. Haiti seçməsi top itkisindən sonra toparlanıb, yenidən hücuma çıxmağa çalışan bir yığmadır. Məşqlərimiz yüksək səviyyədə keçib. Haiti millisinə qalib gəlmək istəyirik. Düzdür, bu görüş bizə xal qazandırmayacaq, amma yığma olaraq uduzmaq istəmirik".

Portuqaliyalı çalışdırıcı rəqib futbolçuların fiziki cəhətdən daha hazırlıqlı görünməsinə münasibət bildirib: "Futbol yalnız fiziki gücdən ibarət deyil. Yaxş mübarizə aparsaq, müsbət nəticə qazanmaq olar".

Santuş Haiti ilə oyuna cəmi 1300 bilet satılması ilə bağlı sualı da cavablandırıb: "Azarkeşləri başa düşürəm, onlar qələbə istəyirlər. Qələbə üçün milli komandalarını dəstəkləməlidirlər. Ölkə çempionatının oyunlarında da tamaşaçı sayı az olur. Son dəfə "Neftçi" - "Qarabağ" oyununda çox azarkeş görmüşəm. Həmin matçda 9 mindən çox idi. Ümid edirəm ki, millinin oyunlarına çox azarkeş gələcək".

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti görüşü saat 21:45-də başlayacaq.



Xəbərin oxunma sayı : 1642




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap