Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Çinin “Baic X7“ avtomobilini aldı, qüsurlu çıxdı, qaytara bilmir - “İdeal Motors“ cərimələndi

Tarix 18.09.23, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda vətəndaşın "İdeal Motors" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus avtosalondan aldığı Çin istehsalı "Baic X7” markalı avtomobil qüsurlu çıxıb, lakin o, maşını geri qaytara bilmir.

Qaynarinfo-nun məlumatına görə, Məcid Tahirov MMC barəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib. Dövlət qurumu şirkət tərəfindən malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması faktı aşkar edib. Dərhal "İdeal Motors" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 


Məcid Tahirov yeni aldığı avtomobilin təmir edilməsinə razılıq vermədiyini, malın geri qaytarılması üçün MMC-yə müraciət etdiyini bildirib. O, inzibati xəta törətmiş hüquqi şəxsin barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş edib.

"İdeal Motors" MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi bildirib ki, qeyd edilən avtomobilin geri qaytarılması mümkün deyil. Həmin avtomobil təmir edilərək sahibi təhvil veriləcək. Artıq şirkət "Baic X7” markalı avtomobildə olan qüsurlara görə istehsalçı zavoda müraciət edib. Nəticədə zavodun təsdiqi ilə avtomobildə olan bütün qüsurların zəmanətlə, müştəri ödənişi olmadan aradan qaldırılması üçün yeni transmissiya qovşağı da daxil olmaqla, lazım olan bütün ehtiyat hissələr sifariş olunub və yaxın günlərdə avtomobilin tam təmiri dərhal başa çatdırılacaq.

Məcid Tahirov isə deyib ki, şirkət 7 aydan çoxdur avtomobili nə yenisi ilə əvəzləyir, və nə də təmir edir.

Dövlət Xidməti tərəfindən MMC-yə vətəndaşın tələbini yerinə yetirərək dəyişdirilmə və geri qaytarılma qaydalarının pozulması halının aradan qaldırılması ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi üçün 15 gün də vaxt verilib. Lakin "İdeal Motors" MMC bu tələbləri də yerinə yetirməyib. 

Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 4.000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, "İdeal Motors" MMC-nin qanuni təmsilçi Abbasov Zaur Vidadi oğludur. Sözügedən avtomobillər "Baic Azərbaycan” brendi adı altında satılır.



Xəbərin oxunma sayı : 691




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap