“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Şirkətdən “ağacları kəsiblər” iddiasına REAKSİYA

Tarix 08.12.23, 11:59

Font ölçüsü : - / +
bitmap-img6


Dünən sosial şəbəkələrdə Nizami rayonunun Rüstəm Rüstəmov küçəsindəki yaşıllıq zolağında 30-a yaxın zeytun ağacının kəsilməsi ilə bağlı görüntülər yayılmış, bunun “Premium Park” yaşayış kompleksi tərəfindən parkinq yaradılması məqsədilə həyata keçirildiyi iddia edilmişdi.

Daha ətraflı: Parkinqə görə 30-a yaxın ağac kəsilib? – VİDEO

“Premium Park” şirkəti açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

“Bir müddət öncə bəzi sosial şəbəkə səhifələrində ünvanımıza səsləndirilən böhtan xarakterli fikirlərə cavab olaraq bildirmək istərdik ki, sözügedən ərazinin yaşayış kompleksinə heç bir aidiyyəti olmaması ilə yanaşı, şirkətin əməkdaşları tərəfindən orada əkilən ağaclara mütamadi olaraq aqrotexniki qulluq göstərilir. Həmçinin şirkətin hədəflərindən birinin ətraf mühitə töhfə vermək olduğunu nəzərə alaraq, yaşayış kompleksinin daxilində də gələcəkdə ağacların əkilməsi nəzərdə tutulub”, - deyə açıqlamada qeyd olunub.



Xəbərin oxunma sayı : 655




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap