“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Şirvan rayonunda kanalizasiya suları Kür çayına axıdılır - FOTO

Tarix 16.03.23, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Şirvan rayonunda kanalizasiya suları Kür çayına axıdılır.

Bu barədə “Report”un Aran bürosuna yerli sakinlər bildiriblər.

Sakinlərin sözlərinə görə, onlar çirklənmiş sudan istifadə etmək məcburiyyətində qalıblar.

“Xoşagəlməz mənzərəyə Şirvanın “Köhnə şəhər” adlanan yaşayış massivində, Çılpaqlı, Hacıqəhrəmanlı qəsəbələrində rast gəlmək mümkündür. Sözügedən ərazilərdə kanalizasiya sistemi olmadığından yalnız açıq kanallarından istifadə edilir. İlin bütün fəsillərində, xüsusən yay aylarında çirkab suların yaratdığı qoxu dözülməzdir”, - deyə sakinlər qeyd ediblər.

Ən acınacaqlısı isə odur ki, sakinlər çaya qarışmış çirkab sulardan həm içməli, həm də texniki su kimi istifadə edirlər. Buna səbəb isə kanalizasiya sisteminin olmamasıdır.


Məsələ ilə bağlı “Azərsu” ASC-dən yerli büroya bildirilib ki, dövlət investisiyalarının hesabına Şirvan şəhərinin su-kanalizasiya sistemlərinin bir qismi yenidən qurulub, bir hissəsinin isə yenilənməsi tələb olunur.

“Bu proses mərhələlərlə icra olunur. Layihənin sonuncu mərhələsində təmizləyici qurğunun tikintisi də planlaşdırılır ki, bu da tullantıların toplanıb idarə edilməsi, təmizlənib kənarlaşdırılmasını əhatə edir”, - deyə ASC-dən bildirilib.




Xəbərin oxunma sayı : 1126




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap