![]() |
|














Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın qərarı aranı qarışdırıb
Tarix 07.02.25, 16:52 |
|

AFFA İcraiyyə Komitəsinin həftənin əvvəlində keçirilən iclasında verilən qərarların müzakirəsi davam edir. Xüsusilə legioner limiti və iştirakçı sayı 12-yə çatdırılan Premyer Liqanın yeni mövsümdən hansı formatda keçiriləcəyi ilə bağlı fikirlər səsləndirilir.
Limit məsələsində futbol ictimaiyyəti iki yerə bölünüb. Bu qərarla razı olanlar da var, olmayanlar da.
Bununla belə, artıq AFFA tərəfindən qərar verilib. Nəyin necə olacağını zaman göstərəcək. Amma limitlə bağlı qərarda bir məqamla bağlı qeyri-müəyyənlik var.
Söhbət "oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər” bəndindən gedir. Bəli, qeyd olunan 17 əcnəbi qaydası yalnız oyunların limitinə aiddir. Bu sayın Peşəkar Futbol Liqasına təqdim edilən sifariş ərizəsinə heç bir aidiyyəti yoxdur. Klublar istədikləri qədər əcnəbi futbolçunu çempionatın təşkilatçısı olan qurumda qeydiyyatdan keçirə bilərlər. Lakin oyunlar zamanı onlardan 17-sinin xidmətindən yararlana bilərlər.
Bu, Azərbaycan futboluna yad olmayan bir problemin daha da böyüməsi ilə nəticələnə bilər. Az qala hər mövsüm, hər transfer pəncərəsində legionerləri əlcək kimi dəyişən bəzi klubların rəhbərləri və onlara yaxın şəxslər, menecerlər üçün yeni və daha çox qazanc fürsəti yaranır. Daha çox legioner daha çox pul, qazanc, mənimsəmə deməkdir.

Futbolumuzda zaman-zaman bu kimi hallar yaşanıb. Meydana çıxmayan, tribunada oturan futbolçularla müqavilə imzalanıb. Bəzi hallarda onların macərası 6 ay, bəzi hallarda isə 2-3 il çəkib. Futbol eksperti Emin Abbasov indi də oxşar proseslərin baş verəcəyini ehtimal edir:
"Təbii ki, istifadə edə bilərlər. Məsələn, bir vaxtlar Bakı "İnter”i mövsüm ərzində 20-25 legioner cəlb edirdi. Aralarında elələri olurdu ki, mövsüm boyu bir neçə oyuna çıxırdı, vəssalam. Böyük ehtimalla, indi də belə edənlər olacaq. Belə baxanda, limit ola-ola da, əcnəbiləri gətirib-göndərən klublar var. Limitin ləğvindən sonra necə olacağını təxmin etmək çətin deyil. Legioner limitinin ləğvi ilə ümumilikdə Premyer Liqanın səviyyəsi qalxacaq. Amma çətin ki, yerlilərə bundan sonra inam olsun.
Deyirlər ki, yerli futbolçular aşağı büdcəli komandalarda oynayacaq. Lakin mən düşünürəm ki, elə onlar da legionerlərə üstünlük verəcəklər. 12 legioner gətirməyə, demək olar ki, bütün klubların imkanı çatacaq. Büdcəsi aşağı olanlar ən yaxşı halda 1-2 yerli futbolçu oynadacaqlar. Yəni indi hər tur start heyətdə məcburi qaydada 40 yerli futbolçu meydana çıxırsa, növbəti mövsümdən bu rəqəm ən yaxşı halda 15-20 olacaq. Yerli futbolçu oynadanlara bonus veriləcəyi açıqlanıb. Amma bir məsələ də var ki, həmin klublar heyəti legionerlərlə dolu rəqiblərdən xal almalı, Premyer Liqada yerini qorumalıdılar. Bu şərtlər altında çətin kimsə bonus hayında olsun”.

Sabiq futbol funksioneri Yaşar Sultanov isə ümumiyyətlə legioner limitinin ləğv edilməsindən narazıdır. O, bu addımın futbolumuz üçün faydalı olmayacağını bildirir:
"Ümumiyyətlə, o ölkədə legioner limiti ləğv olunar ki, orada özünün legioner həyatı yaşayan futbolçularının sayı 100-dən artıq, 300-500 olsun. Dünyanın aparıcı futbol ölkələrində olduğu kimi. Bizim normal legioner həyatı yaşayan futbolçularımız yoxdur. Dünyanın, Avropanın aparıcı klublarından bir oyunçumuz yoxdur. Legioner limitini götürüb, nə etmək istəyirik? Bəs onda yerli futbolçuları nə edək? Deyək ki, imkanlı klub olaraq heyətimizə legionerlər cəlb etdik. Biz bununla nəyə nail olacağıq? Aparıcı, nüfuzlu kluba çevriləcəyik? Avrokuboklarda 1-2 mərhələ keçdik, bəs sonra? Növbəti il təzədən başlayaq?
Bir strategiya, hədəf olmalıdır: məsələn, hər il Avropaya 1-2 futbolçu göndərmək. Bizim klublar Tbilisi "Dinamo”sundan, Kutaisi "Torpedo”sundan, Batumi "Dinamo”sundan güclü deyillər? Niyə onların Avropanın aparıcı ölkələrində legioner futbolçuları var? 200-ə yaxın futbolçuları sabiq sovet ölkələrində oynayır. Amma bizdə heç kim yoxdur. Bizə güclü klubdan öncə güclü futbolçu lazımdır. Bizə dünyada sözünü deyə biləcək futbolçular lazımdır. Ölkənin siması olacaq oyunçular lazımdır. Hansı ki, qonşu ölkələr futbolçuları ilə təqdim olunurlar. Qonşu ölkələrin hər birinin dəyəri 10 milyon avrodan yüksək olan 4-5 futbolçusu var. Bizdə isə buna yaxın düşəcək bir nəfər belə yoxdur.
Bəli, bu qərardan sonra klublarda legionerlərin sayı çoxala, 20-30 ola bilər. Bu məqam natəmiz klub rəhbərləri ilə futbol işbazları aralarında korrupsiya körpüsü yaradacaq”. (Publika.az)
Xəbərin oxunma sayı : 1327
İdman
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV