| |
|
Kamran Ağayevlə bağlı inanılmaz iddialar: Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir?..
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Prezident minifutbol üzrə milli komandamızın üzvlərini qəbul etdi - FOTOLAR
Tarix 02.06.25, 17:13 |
|
Prezident İlham Əliyev iyulun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
AzFakt.com xəbər verir ki, dövlətn başçısı görüşdə çıxış etdi:
Prezident İlham Əliyevin çıxışı
-Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatı dünən başa çatdı. Azərbaycan milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. İlk növbədə, komandanın oyunçularını, məşqçilərini, mütəxəssislərini, Minifutbol Federasiyasını və bu qələbədə iştirak etmiş bütün insanları təbrik edirəm. Siz Azərbaycan xalqına yeni qələbə sevinci bəxş etmisiniz! Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə. Bu, artıq gözəl tarixdir. Bu tarixi yazan da sizsiniz və şadam ki, Azərbaycanda minifutbol üzrə belə güclü oyunçularımız var.
Çempionatı izləyənlər öz gözləri ilə bizim oyunçularımızın tam üstünlüyünü görə biliblər. Mən oyunlarınızın son dördünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər.
Oyunu həm gimnastika arenasında izləyənlər, həm də televiziya vasitəsilə izləyənlər sizin qələbənizə ürəkdən sevinmişlər. Yenə də deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər. Mən sizi ürəkdən təbrik edirəm.
Arzu edirəm ki, bu qələbələrin davamı olsun. Əlbəttə ki, bu titulu qorumaq o qədər də asan olmayacaq. Mübarizə çox gərgin gedirdi və təbii ki, dünya çempionatında təmsil olunan komandalar ən güclü komandalardır. Ancaq hesab edirəm ki, gələcəkdə xalqımızı sevindirmək və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün sizin böyük imkanlarınız var. Bir daha sizi təbrik edirəm və bu qələbə sevincini xalqımıza bəxş etdiyiniz üçün Azərbaycan xalqı adından Sizə təşəkkürümü bildirirəm. Sağ olun.
x x x
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dedi:
-Möhtərəm cənab Prezident, mən şəxsən bütün federasiya adından, futbolçular adından, məşqçi heyəti adından Sizə öz dərin təşəkkürümü bildirirəm ki, bu gün bizi qəbul edirsiniz. Doğrudan da bu gün bizim üçün həm şərəfli, həm də uğurlu bir gündür. Biz doğma divarlar arasında dünya çempionu olmuşuq. Bu, hər bir futbolçu üçün çox önəmli bir haldır. Sizə deyə bilərəm ki, bütün oyunlar zamanı bütün azarkeşlər bizi dəstəkləyirdi. Xalqımız televizorun önündə bizi dəstəkləyirdi. Əlbəttə ki, futbolçular da çox böyük zəhmət çəkdilər və hər bir oyunda bir ailə kimi ruhlarını, canlarını qoydular. Doğrudan da azarkeşlər onları irəli səsləyirdi.
Möhtərəm cənab Prezident, əlbəttə ki, Sizin idmana, gəncliyə, ümumiyyətlə bütün futbolsevərlərə, minifutbolsevərlərə verdiyiniz dəstək bizim uğurumuzun əsas sütunu idi. Bunu hər bir futbolçu bilir və Sizə dərin təşəkkürümüzü bildiririk.
Həmçinin Sizin sahibkarlara göstərdiyiniz dəstək göz önündədir. Onlar futbolun bu növünə yatırımlar edirlər. Bizim çox güclü çempionatımız var. Sponsorlar oraya dəstək göstərir. Əlbəttə ki, biz bu çempionatdan ən güclüləri yığaraq bu gün milli komanda yaratmışıq. Onlar həm Avropa çempionu, həm də dünya çempionu oldular. Son dəfə Siz bizi qəbul edərkən Sizə söz verdik ki, çalışacağıq yeni titullar, yeni uğurlar qazanaq. Bizim üçün çox şərəflidir ki, bu dünya kubokunu Sizin önünüzə gətiririk.
Sizə çox dərin təşəkkürümü bildirirəm, bu qələbəni biz xalqımıza, Vətənimizə, Sizə və hörmətli Mehriban xanıma həsr edirik. Çox sağ olun, Sizə çox təşəkkür edirəm, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Milli komandanın baş məşqçisi Elşad Quliyev: Hörmətli Prezidentimiz, öz adımdan, komandanın adından təşəkkür edirəm ki, bizi dəvət etmisiniz. Biz 2022-ci ildə də Avropa çempionu olanda Siz bizimlə səmimi söhbət etdiniz və tapşırıqlarınızı verdiniz. O gündən sonra da biz çalışırdıq ki, yeni nailiyyətlər əldə edək. İnşallah, qismət oldu, dünən dünya çempionu olduq. Bunun üçün Sizə çoxlu təşəkkür edirik və xalqımıza, federasiyamıza, “Çox sağ ol!” deyirik. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.
Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda dedi:
-Möhtərəm cənab Prezident, Azərbaycanı belə möhtəşəm təmsil edən bütün bu şəxslərlə birlikdə burada olmaq mənim üçün həqiqətən də şərəfdir. Sizin qarşınızda onları bu böyük uğur münasibətilə bir daha təbrik etmək və bu turniri Azərbaycana gətirdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim.
Bu, zənnimcə, mənim Bakıya 8-ci səfərimdir. İlk dəfə 2017-ci ildə burada olmuşam, Azərbaycan Minifutbol Federasiyasından olan bu insanlarla görüşmüşəm. Deməliyəm ki, onlar həqiqətən də böyük iş gördülər. Onlar Avropa çempionluğunu, dünya çempionluğunu qazandılar. Mən Sizə növbəti çempionatlarda uğurlar arzulayıram. Bilirəm ki, Sizin qrafikiniz çox məşğuldur. Sizi bu gün başlayan “Bakı Enerji Həftəsi”ndə gördüm. Bizimlə və bütün bu şəxslərlə görüşmək imkanına görə təşəkkür edirəm. Ümidvaram ki, bu uğur sayəsində Azərbaycanda yeni nəsil minifutbolçular meydana çıxacaq. Çünki şübhəsiz ki, bu nailiyyətiniz Azərbaycanda minifutbolun inkişafına, xalqa və bütün cəmiyyətə müsbət töhfə verir.
Bildiyimə görə, Azərbaycan Minifutbol Federasiyası ölkədə minifutbol arenasına sahib olmaq üçün böyük səylər göstərir. Ümidvaram ki, Dünya Minifutbol Federasiyası və yerli hökumətlə birlikdə bu, uğurlu bir layihə olacaq. Çünki, şübhəsiz ki, bu insanlar 2022-ci ildə Avropa çempionluğu, 2025-ci ildə dünya çempionluğunu qazanmaqla buna həqiqətən də layiqdirlər. Onların burada cənab Prezidentin qarşısında olmaqları ilə fəxr edirəm.
Dəvətə görə təşəkkür edirəm, sizin hamınıza uğurlar arzulayıram.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram. Federasiya adından Azərbaycanda minifutbolun inkişafına verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Bu dəstək bizim üçün həqiqətən də qiymətlidir və biz Azərbaycanın beynəlxalq idman institutları ilə əməkdaşlığını yüksək qiymətləndiririk.
Əminəm ki, bu qələbə minifutbolun inkişafına növbəti təkan verəcək. Artıq Azərbaycan milli komandası bütün mümkün olan titulları qazanıb - Avropa çempionu, dünya çempionu. Əlbəttə ki, uşaqlar, yeniyetmələr, bax, bu qələbəyə sevinənlər - bizim gənc nəslimiz hesab edirəm ki, minifutbola daha böyük maraq göstərəcək və bu idman növünün inkişafı Azərbaycanda sürətlə gedəcək.
Milli komandamızın bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük. Təbii ki, xarici mütəxəssislərin, bəzən oyunçuların da müəyyən payı olub. Amma bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır. Mən əminəm ki, bundan sonra da siz bizi sevindirəcəksiniz. Gələcəkdə çoxlu yarışlar var. Bildiyiniz kimi, indi Azərbaycanın bölgələrində idman qurğuları inşa edilir, inşaat geniş vüsət alıb və minifutbol meydançalarının da yaradılmasında böyük fayda olacaq, həm Bakıda, həm də bölgələrdə. Əminəm ki, federasiya dövlət qurumları ilə, sponsorlarla birlikdə bu sahədə növbəti uğurlu addımlar atacaqdır.
Bir daha sizi təbrik edirəm.































Xəbərin oxunma sayı : 1318
İdman
Xəbərlər
-
Bu gün instaqramda önə çıxanlar - FOTOLAR
-
“Real Madrid” Xabi Alonsonu istefaya göndərə bilər - “El Mundo”
-
“Müharibəni uzatmaq Rusiyaya baha başa gələcək“ - Fon der Lyayen
-
“1000 manata qədər cərimələr olacaq“ - Şura sədri
-
Bu binada hər an yanğın baş verə bilər - Niyə tədbir görülmür?
-
Kələm sahələrdə qalıb - Fermerlər çarəsizdirlər
-
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalandı - Fotolar
-
Bakıya 6 gün qar yağacaq - TARİX AÇIQLANDI
-
Prezidentlər “Azadlıq Qapısı” abidəsini ziyarət etdi - FOTOLAR
-
Həyətə nə avtomobillə girmək olur, nə də ki piyada - Xətaidə şikayət
-
Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi - FOTOLAR
-
Bəzi məhsullar niyə məhz kassa yanında olur? - Açıqlama
-
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
-
“Macarıstan və Türkiyə Rusiyadan keçən boru kəmərlərinə hücumları pisləyirlər“ - Siyarto
-
İsrail gizli şəkildə ABŞ əsgərlərini izləyib - Bu barədə onlara xəbərdarlıq edilsə də...
-
Bakıda şadlıq evinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
-
Prezident slovakiyalı həmkarı ilə təkbətək görüşdü - FOTOLAR
-
“Kontakt Home” eyni məhsulları gürcülərə ucuz, azərbaycanlılara baha satır - Fotolar
-
Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edildi - QƏRAR
-
Prokurorluq əməliyyat keçirdi - DSX-nin kapitanı həbs edildi
-
İlham Əliyev Slovakiyada rəsmi səfərdədir - FOTOLAR
-
Hər ay tender udan şirkət: “İS.M.M“ MMC daha bir sifraiş aldı
-
Məşhur müğənni cinayətdə ittiham olunur - Zərər 1,6 milyon manat müəyyən edilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir tanınmış cərrahın vəzifəsini yüksəldib: Sədr müavini oldu
-
Adəm İsmayıl Bakuvidən gənclərə mesaj: “Könüllülük dövlətçiliyin sosial dayaq sistemidir“
-
Bu ərazilərdə kirayə evlər fantastik qiymətə qalxıb - 5 min AZN-dək...
-
İş adamının 4 milyonu ələ keçirildi - Biri federasiya prezidenti olub
-
AXCP sədrinin müşaviri hakim qarşısına çıxarıldı - Hakim şikayətə “yox“ dedi
-
Bu axşam “Nar”da böyük həyəcan - 7-ci avtomobil sahibini tapır!
-
İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi
-
Azərbaycan Qəzzadakı sülhyaratma missiyasında iştirak edəcək? - Nazir açıqladı
-
Binəqədi rayonunda daha bir qanunsuz obyekt inşa edilir - FOTOLAR
-
İki gün maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Pulsuz dərmanları belə almaq olar - Müraciət qaydası
-
Azərbaycan İranla münasibətlərinin dostluq istiqamətində olmasında maraqlıdır - Nazir
-
Rafiq Aslanovun oğlunun Londonda villası və bahalı maşınları - FOTO
-
Keçmiş məcburi köçkünlərə verilən müavinat dayandırılacaq - Bu tarixdən
-
Sabah Bakı və Abşeronda leysan yağacaq - Xəbərdarlıq
-
Bu müəllimlərin əmək müqaviləsinə xitam verilib - Nazir
-
“Atam Ukraynaya arxa çevirə bilər” - Trampın oğlu
-
Səkkiz min manatlıq müavinət kimlərə veriləcək? - Deputat açıqladı
-
İndoneziyada daşqınlar - Ölənlərin sayı 950 nəfərə çatıb
-
Xanım jurnalisti vurub hadisə yerini tərk edən hansı vəzifəli şəxsin sürücüsüdür? - FOTO
-
Prezident İranın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
Çin Yaponiyaya etiraz etdi: Təhlükəsizliyimizə təhdid yaradır
-
Anar Əlizadə SOCAR-a və “Alkagesta” şirkətlərinə qarşı “qara PR” aparıb - İLGİNC İDDİA
-
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir - Bir qrup ziyalı tərəfindən
-
Sakinlər yaşadıqları binanın zirzəmisindəki avtotəmir sexinin fəaliyyətindən narazıdırlar - VİDEO
-
“ABŞ-ın Ukrayna üzrə sülh planı Rusiyanı qane edir, Zelenskini yox“ - Tramp
-
Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən xəbərdarlıq
-
Yağışa görə bu yolda sürət həddi endirildi - XƏBƏRDARLIQ
-
Tailand və Kamboca sərhədində atışma - Öənlər və yaralılar var
-
Aİ Rusiya aktivlərini həmişəlik dondura bilər - “The Financial Times“
-
İmişlidə tonlarla xurma ağaclarda çürüyür - VİDEO
-
Masazırda “BMW” yandı - Ölən və yaralananlar var
-
Azərbaycanda dedollarlaşma güclənib -VİDEO
-
Könül Kərimova arıqlayıb belə oldu - FOTO
-
Makron Çini hədələdi - “Mallarınıza tarif tətbiq edə bilərik“
-
Avropada futbol mövsümünün ən diqqətçəkən performansı: “Topçular“ın fantastik çıxışı
-
İstirahət zonalarında ölüm riski: Nəzarətsiz kvadrosikllər kabusa çevrilir (VİDEO)
-
Güclü maqnit qasırğası baş verəcək - Bu tarixdə
-
“ABŞ-nın Ukrayna üzrə səyləri sülhə ümid verir“ - Qətərin Baş naziri
-
Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
-
Gəncədə 30 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir
-
Azərbaycan vətəndaşları ən çox nələrə pul xərcləyir? - Siyahı
-
Süni intellekt hansı riskləri daşıyır? - Uşaqların təhsilini və psixologiyasını necə dəyişdirir?
-
“Əsrin qışı“ yaxınlaşır - Sinoptiklər həyacanlı proqnozlar verir
-
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
-
Rusiya bir həftədə Ukraynaya 1 600-dən çox dron və 70 raket atıb - Zelenski
-
Sabahın havası bu şəxslərə pis təsir edə bilər - Xəbərdarlıq
-
Agentlik bu rayonlardan 44 mənzil alacaq - 2,5 milyon manat ayrılıb
-
Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər - FOTOLAR
-
Xəzər dənizindən qum-çınqıl oğurlayanlar - Saxlanıldılar
-
Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir - İran XİN
-
Sudanda silahlılar uşaq bağçası və xəstəxanaya zərbələr endirdilər: 116 nəfər öldü
-
Restoranda müştəriləri gözləyən sürpriz: “Bizdə qayda belədir“
-
“Aygün Kazımovanın ad gününə xonça ilə gedəcəyəm“ - Röya Ayxan
-
Tailand-Kamboca sərhədində gərginlik: Sakinlərə təxliyə olunmaq əmri verildi
-
Biləsuvarda dəhşətli qəza - 5 nəfər öldü, ikisi qardaşdır + FOTOLAR
-
“Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər“ - Sabit məzənnənin nəticəsi
-
Azərbaycanda yeni ticarət mərkəzi tikiləcək - Xankəndində
-
Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - Fotolar
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Leyla və Arzu Əliyevalar Məhəmməd Yunusla görüşdülər - Fotolar
-
Bakıda leysan olacaq, bu rayonlara qar yağacaq - PROQNOZ
-
“ABŞ Ukraynaya öz hərbçilərini göndərmək niyyətində deyil“ - Kit Kelloq
-
Sudanda yaraqlılar 3 həftədə 60 min insan öldürüb: Hər yerdə cəsəd dağları...
-
Xəzərdə balıq böhranı - Vacib addımlar atılacaq
-
“Azərbaycan Dəmir Yolları“ ixracdan nə qədər qazanıb? - Son 5 il
-
Hindistanda gecə klubunda yanğın - 20-dən çox adam öldü
-
Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır?
-
“ABŞ Milli Təhlükəsizlik Strategiyasında Rusiyanı tənqid etməkdən çəkinib“ - “Telegraph“
-
İran üçün fəlakət ili: Müharibə və xaosa gətirib çıxara biləcək problemlər
-
Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
-
“Evi bir neçə nəfərə satıblar“ - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk?
-
Ağdərənin Şıxarx qəsəbəsindəki binaların istiliyinin kəsilib - VİDEO
-
Qapağı olmayan kanalizasiya quyuları hərəkət iştirakçılarına təhlükə yaradır - VİDEO
-
Neftçala icra başçısının geyimi gündəm oldu -13 min avroluq plaş
-
Tülin Ələkbərova haqda bu dəfə həbs qərarı verildi - 4 aylıq
-
“Mən də ərimi çimizdirirəm” - Kəmalə Günəşli
-
“Ukraynadakı münaqişə həlledici mərhələyə qədəm qoyur“ - “Bloomberg“
-
Samux icra başçısının müavini 20 il sonra işdən çıxdı - Öz ərizəsi ilə
-
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan dəydi - Yağış sakinlərin mənzillərinə doldu
-
Avropa xüsusilə Rusiyaya qarşı öz gücünü olduğundan az qiymətləndirib - Kaya Kallas
-
“İsrailin demilitarizasiya tələbləri Suriyanı təhlükəli vəziyyətə salır“ - Əhməd Əl Şaraa
-
Gecəyarı evə girib qadını öpdü, süpürgə ilə döyüldü - Qusarda ŞOK
-
Trampa verilən mükafatın müəllifi azərbaycanlı imiş - Fotolar
-
“Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
-
Əbülfəs Qarayevin “qara siyahısı”: hotel, balıq, neft , şirkətlər…
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Dumana görə
-
Tramp İlham Əliyevə təşəkkür etdi - FOTO
-
Azərbaycanlı deputatın direktor bibisi həbs olundu - FOTO
-
Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ
-
Bu əməliyyatları da Mərkəzi Bank həyata keçirəcək - Kazımov qərar imzalayıb
-
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - FOTOLAR
-
“Trampın etmək istədikləri Türkiyənin maraqlarına uyğundur“ - Hakan Fidan
-
Deputatlar toplanır: daha hansı qanunlar dəyişir? - SİYAHI
-
Azərbaycana “kartof“ adı ilə 22 min ədəd dərman preparatı keçirmək istədilər - FOTOLAR
TOP 10
ARXİV






