Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

“ABŞ NATO-nun şərq cinahında mövcudluğunu azaltmaq niyyətində deyil“ - Rutte

Tarix 02.06.25, 22:31

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Şimali Atlantika Alyansının şərq cinahında Amerika hərbi mövcudluğunu azaltmaq niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte “Buxarest doqquzluğu” ölkələrinin (Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Çexiya) və NATO-nun şimal ölkələrinin (Danimarka, İsveç, Norveç, Finlandiya və İslandiya) təhlükəsizlik məsələləri üzrə geniştərkibli sammitinin keçirildiyi Vilnüsdə yekun mətbuat konfransında bildirib.

O qeyd edib ki, daim iki sualla – “ABŞ alyansın üzvü kimi hələ də kollektiv təhlükəsizliklə bağlı öhdəliklərinə sadiq qalırmı?” və “ABŞ qəfildən qoşunlarını çıxarmayacaq ki?” sualları ilə qarşılaşır.

“ABŞ NATO Nizamnaməsinin 5-ci maddəsi (kollektiv müdafiə haqqında - red.) üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edir. Qoşunların çıxarılmasına gəlincə, buna dəlalət edən heç bir əlamət yoxdur”, - Rutte cavabında söyləyib.

Polşa Prezidenti Anjey Duda qeyd edib ki, son aylarda onun ABŞ Prezidenti Donald Tramp və komandası ilə bir neçə dəfə danışmaq imkanı olub. 

“ABŞ-nin NATO-nun şərq cinahından qoşunları çıxarmaq niyyəti barədə heç bir məlumat yoxdur”, - Duda vurğulayıb.

Litva Prezidenti Gitanas Nauseda isə vurğulayıb ki, ABŞ hərbçilərinin regionda olması kollektiv təhlükəsizliyin mühüm amilidir. “Ümid edirik ki, NATO-nun Haaqa sammiti bizə müsbət xəbərlər gətirəcək”, - Nauseda ABŞ qoşunlarının mümkün ixtisarı ilə bağlı şayiələri şərh edib.



Xəbərin oxunma sayı : 637




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap