Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Xankəndidə otellərdə heç kim qalmır, yoxsa… - Müəmmalı statistika

Tarix 03.06.25, 12:32

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk rübü ərzində Qarabağ iqtisadi rayonuna turist kimi 42 min 329, Şərqi Zəngəzur iqtisadi rayonuna isə 17 min 100 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, turistlər ən çox Şuşa rayonuna səfər ediblər. Bu ilin ilk 3 ayı ərzində Şuşaya 15 min 279 turist gedib.

Bundan başqa, 7 min 126 nəfər Ağcabədi, 6 min 568 nəfər Bərdə, 2 min 437 nəfər Tərtər, 929 nəfər Zəngilan, 914 nəfər Cəbrayıl, 15 min 257 nəfər Laçın, 3 min 290 nəfər Füzuli, 7 min 629 nəfər Ağdam rayonuna səfər edib.
Ötən il olduğu kimi, bu ilin ilk 3 ayında da işğaldan azad olunan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Kəlbəcər və Qubadlı rayonlarına bir nəfər də olsun turist səfər etməyib.

Məlumat üçün bildirək ki, ötən ilin iyulun 5-də Xankəndi şəhərində “Qarabağ” və “Palace” otelləri, bu ilin fevral ayının 19-da isə “Bulud” oteli istifadəyə verilib. Eyni zamanda, sosial şəbəkələrdə yayılan məlumatlardan belə görünür ki, Xankəndidə çoxlu sayda kiçik otellər də fəaliyyət göstərir.

Lakin Xankəndi şəhərində çoxsaylı otellərin fəaliyyət göstərməsinə baxmayaraq, bu otellərdə nə yerli, nə də əcnəbi turistlər gecələməyiblər.
Onu da qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda otellərdə heç kimin gecələmədiyi göstərilsə də, sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar bunun əksini göstərir.



Xəbərin oxunma sayı : 499




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap