![]() |
|














Qlobal enerji təhlükəsizliyinin əsas dayaqlarından biri
Tarix 03.06.25, 20:00 |
|

Azərbaycan regional və qlobal böhranların müzakirəsi və həll yollarının axtarılması baxımından mühüm platformaya çevrilib. Cənubi Qafqazın siyasi, iqtisadi və humanitar mərkəzi statusunu möhkəmləndirən Azərbaycan bəşəri problemlərin həllində, beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda, enerji məsələlərinin müzakirəsində ciddi rol oynamağa başlayıb. İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi də bunu deməyə əsas verir.
Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"unun açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər və dövlət başçılarının forum iştirakçılarına ünvanladıqları müraciət bir daha təsdiqləyir ki, Azərbaycan mürəkkəb geosiyasi şəraitdə həlli vacib olan məsələlərdə məsuliyyətli qlobal aktordur.
Hər il Bakı Enerji Həftəsi dünyanın müxtəlif ölkələrindən enerji sənayesinin liderlərini bir araya gətirir və diqqəti Azərbaycana yönəldir. 39ölkədən 267 şirkətin Bakı Enerji Həftəsində iştirakını təsdiqləməsi foruma yüksək marağın olduğunu göstərir. 1994-cü ildən keçirilən sərgi-konfransın və forumun təşkilinə pandemiya ilə əlaqədar iki illik fasilə verilməsinə baxmayaraq, bu qədər çox iştirakçı adıçəkilən tədbirə marağın yüksək səviyyədə qaldığını göstərdi. Keçirildiyi 30 il ərzində "Bakı Enerji Həftəsi" Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
Bu platforma enerji sektorunda ən qabaqcıl texnologiyaların nümayişi, tərəfdaşlar axtarışı, əlaqələrin qurulması və müqavilələrin bağlanması üçün imkanlar yaradır. Ənənəvi forum dünyanın müxtəlif ölkələrindən enerji sənayesinin liderlərini, o cümlədən hökumət rəsmilərini, energetika və sənaye nazirliklərini, baş katibləri və titullu beynəlxalq təşkilatların rəhbərlərini bir araya toplayır. Ən əsası, Prezident İlham Əliyevin forumda iştirakı və mühüm açıqlamalar verməsi Bakı Enerji Həftəsinə olan marağı artırır, forum çərçivəsində səsləndirilən fikirlərin uzun müddət diqqət mərkəzində qalmasına şərait yaradır və sonrakı qərarların qəbul olunmasına təsir göstərir.
Mərasimdə çıxış edən Prezident İlham Əliyevbildirib ki, "Əsrin müqaviləsi" regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. Ölkə başçısı deyib ki, "Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, "Əsrin müqaviləsi" adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi".
"Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi", - deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji həftəsinin açılış mərasimində çıxış edərək bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu qeyd etdi.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizinməsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
"Bakı Enerji Həftəsi" Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş "Caspian Oil & Gas" sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və "Bakı Enerji Həftəsi" formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi "Bakı Enerji Həftəsi" artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.
İxtiyar Mehdiyev
Xəbərin oxunma sayı : 301
Sosial
Xəbərlər
-
İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
-
Azərbaycanda Qurban bayramı qeyd edilir
-
“Kişi ciddi, qadın boşboğaz olmalıdır“ - Pərvin Abıyeva
-
“ABŞ və Çin tezliklə ticarət razılaşmasını müzakirə edəcək“ - Tramp
-
Əmək bazarında mühüm dəyişiklik: Yeni model tətbiq olunacaq
-
Bu dəfə maksimum balı onlar topladı - SİYAHI
-
Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi
-
Közərmə lampalarını satanları hansı cərimə gözləyir? - VİDEO
-
Yasamalda zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır - VİDEO
-
Aprel döyüşlərində aldığı tapşırıqları açıqladı - Məhkəmə
-
Polis keçmiş məhkumu saxladı: 2 kiloqrama yaxın heroin aşkarlandı
-
22 yaşlı çinli qız Bakıda 4 aya 400 avtomobil satdı - VİDEO
-
Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir
-
Bu sualda abituriyentlər haqlı imiş - DİM açıqlama yaydı
-
“Starlink” Azərbaycanda qeydiyyata alındı - RƏSMİ
-
Çoxuşaqlı ailələrdəki uşaqların dörddə birindən çoxu bu rayonda yaşayır - Tam siyahı
-
Azərbaycan gömrüyündən narkotiki belə keçirmək istədilər - Fotolar
-
Lisey və gimnaziyalara qəbul imtahanının vaxtı açıqlandı - TARİXLƏR
-
“Oleq Bakinski“yə və Ukraynada nazir müavini olmuş şəxsə cəza istənilib -Məhkəmə
-
Aprelin 27-də keçirilən buraxılış imtahanının NƏTİCƏLƏRİ
-
Sabahdan Bakıda leysan olacaq - XƏBƏRDARLIQ
-
Bakıda çörək maşını ilə narkotik paylayan şəxs tutulub - VİDEO
-
Qurbanlıqların müəyyən olunmuş yerlərdən kənarda kəsiminə icazə verilməyəcək - Xəbərdarlıq
-
Fərid Əhmədov Gədəbəydə vətəndaşları qəbul edib - FOTO
-
Bu nazirliyin əməkdaşları rüşvət almaqda ittiham olunur - MƏHKƏMƏ
-
“Gəncə Memorial Hospital“da yoxlama: 6000 manat cərimə yazıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank beş günlük məzənnəni açıqladı
-
Bakı-Ağstafa-Bakı sürətli qatarı Qazax stansiyasına qədər gedəcək - Bu tarixdən
-
Samir Nuriyev bu komitəyə rəhbərlik edəcək - Sərəncam
-
Həbsdə olan MTK rəhbərindən “Atlant“ın sahibinə: 30 il qulun olmuşam
-
Mərkəzi Bank yeni binanın pulunu bir ilə çıxarıb - 835 milyon manat...
-
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içdi - FOTO
-
Nazirlik rəqs edən həkimlə bağlı araşdırmaya başladı - RƏSMİ
-
“Şərurlu İsfəndiyar“ hakim qarşısında: 40-a yaxın məhkəmə işi var
-
ABŞ Suriyadakı 5 bazasını bağlayıb - 14 nöqtədən 7-si boşaldılıb
-
Hüquqşünas köməkçisinin sevgilisini döydü - Burnunu sındırdı
-
Lerikdə itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub - BİRGƏ MƏLUMAT
-
Bu məhsulların idxalına qadağa qoyuldu - Sahibkarların nəzərinə!
-
Zorakılığa məruz qalan 74 yaşlı qadın öldü - Saxlanılan var
-
ABŞ-nin ən varlı qadınları açıqlandı - SİYAHI
-
Prezident Azərbaycan xalqını təbrik etdi
-
Əli Əsədov Emoməli Rəhmonla görüşdü - Fotolar
-
Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır - Son 6 ilin göstəriciləri
-
Seymur Məmmədov Zakir Fərəcovu yenə hədəfə gətirdi - Sumqayıt Bulvarında qalmaqal
-
“Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!” - Şeyx Əbdül Mahmudbəyov
-
Adil Əliyev ittihamlara cavab verdi - “Nə üçün belə böhtan atdığını bilmirəm...”
-
Saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı daha bir AÇIQLAMA
-
Naxçıvanda 47 yaşlı qadın öldürülüb - Şübhəli şəxs oğludur
-
“MayoMed“ klinikasında qalmaqal: Fəaliyyəti qadağan edilmiş cərrah pasiyent qəbul edir? (VİDEO)
-
Sabirabadda bir ailənin 4 üzvünün yanaraq öldüyü dəhşətli hadisənin təfərrüatı - VİDEO
-
40 yaşlı Ronaldonun qolu Portuqaliyanı finala çıxardı - VİDEO
-
Vəzifədə olarkən ölən məmurlar - Virus, dəm qazı, qəza...
-
Bakıda vəzifəli şəxslərin adından rüşvət alan sahibkar kimdir? - TƏFƏRRÜAT
-
Azərbaycanda dəhşətli qəza - Dörd nəfər öldü
-
“Məni Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar“ - Araz Musayevdən şok açıqlama
-
Yeni layihə belə Bakının mərkəzindəki tıxac problemini həll etmədi - VİDEO
-
Bu gün instaqramda kimlər nələr paylaşıb? - FOTOLAR
-
Pasiyentin sinəsini paylaşıb, rəqs edən HƏKİM: “17 illik təcrübəm var“
-
“Zelenskinin təklifi rədd etməsi böyük səhvdir” - Lavrov
-
Can Azərbaycanda yüksək texnologiyalar inkişaf etdiririk - Selçuk Bayraktar
-
“Yalvara-yalvara maaş alırıq” - “Pakdad” restoranlar şəbəkəsindən şikayət
-
Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?
-
Bu yaşda Leyli-Məcnun olar? - Xalq artisti ittihamlara cavab verdi
-
İlham Əliyev Məsud Pezeşkianla telefonda danışdı - Nələr müzakirə edilib?
-
Qüsurlu mal satdılar, məhkəməyə verib pulunu aldılar - “Kontakt Home” absurdu
-
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub - SİYAHI
-
ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub - 1 saat 15 dəqiqə
-
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi: Qohumları onu təhdid edir?
-
Son bir ildə Azərbaycanda 64 orta məktəb bağlanıb - Rayonlar üzrə siyahı
-
Həkim Günel Qəmbərova nazirliyi heçə saydı, video paylaşdı - Xəbərdarlıq olunmuşdu
-
“Bakı ilə itkin düşmüş şəxslərin birgə axtarışı üzrə ilkin razılıq var“ - Armen Abazyan
-
“Kiyev rejiminin sülhə ehtiyacı yoxdur” - Putin
-
Türkiyə və İran prezientləri telefonda danışıb - Müzakirə
-
“Qumar kralı”nın həbsi uzandı - Şikayəti rədd edildi
-
13 azərbaycanlı Suriyadan ölkəmizə gətirilib - Təfərrüat
-
“Bayram günlərində hərbi hissələrə gəlməyin” - MN-dən əhaliyə çağırış
-
Sabahdan bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
-
“Pula görə evli kişinin yanında olmusan” - Vəfa ilə tiktokerin məhkəməsi oldu
-
DTX əməliyyat keçirdi - Bu şəxslər ölkədən ÇIXARILDI
-
“Rusiyanın təklifləri qəbuledilməzdir” - Zelenski
-
Təbiətə 45 min manat ziyan vuruldu - Cinayət işi açıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azadə Hüseynovaya vəzifə verildi - Direktor təyin edildi
-
Narkokuryerliklə məşğul olan şəxslər saxlanılıb - VİDEO
-
Bəy və gəlin toy günü qəzaya düşdü - Oğuzda
-
Çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq - RƏSMİ
-
Azərbaycanda yeni medal təsis ediləcək - SƏRƏNCAM
-
Bayram namazı bu saatlarda qılınacaq - Şeyx
-
İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR
-
Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”? - DETALLAR
-
Dünyanın ən bahalı 10 futbolçusu - Siyahıya Yamal başçılıq edir
-
Bakıda 57 min aliment borcu yığılmış iki kişi - Həbs edildi
-
“Söz haqqınız ola bilməz“ - Xamenei Trampa etiraz etdi
-
Tariflər real qiymətdən 13 dəfə aşağıdır - “Azərenerji” rəsmisi
-
Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova
-
Prezident Minifutbol Federasiyasına iki milyon manat ayırıb - Sərəncam
-
Dünyada ən çox borcu olan ölkələr - ARAŞDIRMA
-
26 yaşlı qız Bakının mərkəzində xuliqanlıq etdi - Həbs olundu
-
Bir ayda 103 zəhərlənmə - 4 nəfər öldü
-
Prezident Dövlət Agentliyinə 1,5 milyon manat ayırdı - Sərəncam
-
Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb
-
Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü - FOTO
-
“Çin lideri ilə razılığa gəlmək olduqca çətindir“ - Tramp
-
Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik edilib - QƏRAR
-
“Allah bunlara insaf versin“ - Lahıcda nə baş verir?
-
Xəzərdə Azərbaycana qayıqla narkotik keçirilməsinin qarşısı alındı - FOTO
-
Nazir polkovniki təqaüdə göndərdi - Ramiz Mehdiyevin qohumudur
-
Dənizdə dalğanın hündürlüyü 5 metrə çatır - Faktiki hava
-
"Turan Tovuz"ın Baş məşqçi ölkədən qaçıb? - AÇIQLAMA
-
Beyləqanda RİH başçısının səyyar qəbulları davam edir - Fotolar
-
Azərbaycan və Ermənistan dövlət komissiyaları arasında görüş olub - Nələr müzakirə olunub?
-
Nazirliyin 18.5 milyon manatlıq planı - Agentlik tenderi ləvğ etdi
-
“Vaşinqtonun xarici siyasətini ABŞ maraqları müəyyən etməlidir“ - Rubio
-
Sabirabadda evdə yanğın: Bir ailə məhv oldu - ADLAR
-
Bakıda 320 manata satılan ətirli şamlar: Lüks, yoxsa sağlamlığa təhlükə?
-
Azərbaycanda keçirilən növbəti tədbir ölkəmizə böyük etimadın nümayişidir
-
Ölkəmizin və regionun enerji təhlükəsizliyinin yeni dövrü
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Putin, Tramp və Zelenskinin bir araya gəlməsi çox vacibdir - Hakan Fidan
TOP 10
ARXİV