Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Tarixin ən bahalı oyunu - 508 milyon manat...

Tarix 26.05.25, 12:33

Font ölçüsü : - / +
bitmap-img6


İngiltərə Çempionşipinin pley-off mərhələsinin finalında "Sanderlend" ilə "Şeffild Yunayted" komandaları arasında keçirilən Premyer Liqaya yüksəlmə qarşılaşması futbol tarixinin ən bahalı oyunu kimi tarixə düşüb. 

Qaynarinfo xəbər verir ki, rəqibini 90+5-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə məğlub edən "Sanderlend" həm Premyer Liqaya vəsiqə qazanıb, həm də klub tarixində rekord gəlir olan 220 milyon funt-sterlinq (təxminən 508 milyon manat) əldə edib. Bu rəqəm 2024-cü ildə verilmiş 140 milyon funt-sterlinqi (təxminən 323,3 milyon manat) geridə qoyub. Əgər "Sanderlend" gələcək mövsümdə Premyer Liqadan düşməzsə, əlavə olaraq 200 milyon funt-sterlinq (təxminən 461,8 milyon manat) daha qazanacaq.

"Real Madrid"in futbolçusu Cud Bellingemin qardaşı Joub Bellingem də "Sanderlend"in qalibiyyəti ilə birlikdə Premyer Liqada çıxış etməyə haqq qazanıb. 2017-ci ildə Premyer Liqa ilə vidalaşan, 2018-ci ildə isə I liqaya qədər enən və son 8 ildə bir çox çətinlikləri geridə qoyaraq bu mərhələyə gələn "Sanderlend" yenidən liqanın ən diqqətçəkən komandalarından biri olmağı hədəfləyir. Qələbə qolunun 19 yaşlı Tom Vatson tərəfindən vurulması isə bu tarixi zəfərə klub adına əlavə bir simvolik məna qatıb.
 
Pley-off mərhələsində bir çoxları "Sanderlend"i ən zəif namizəd kimi görürdü. Pley-off tarixinin ən gənc ikinci komandası olan "Sanderlend"ə çox az adam ümid bəsləyirdi. Lakin baş məşqçi Rejis Le Bris bu aşağı gözləntiləri üstünlüyə çevirib və 6-7 ildir birlikdə çıxış edən gənc oyunçulardan ibarət son dərəcə istəkli və motivasiyalı bir kollektiv formalaşdırıb.



Xəbərin oxunma sayı : 670




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap