Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İlk rübdə qeyri-neft ixracı kəskin artıb - “Türkiyə ilə əlaqələrdə yüksəliş var...“

Tarix 13.04.21, 17:29

Font ölçüsü : - / +
bitmap-img6


Pandemiyanın təsirlərinə rəğmən bu ilin birinci rübündə qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 16,4% artaraq 501,6 milyon dollar təşkil edib. Bu bütövlükdə müstəqillik illərində ən böyük həcmdə rüblük qeyri-neft ixracatıdır. Pandemiya dövründə qeyri-neft ixracatımızın artması nə ilə bağlıdır?

İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirir ki, ilkin rəqəmlərə görə, Azərbaycanın qeyri-neft ixracatında Türkiyənin payı artıb. O bildirib ki, qardaş ölkə bu ilin ilk ayında da 36.1 faizlə payla Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkə olmuşdu. "Bu isə ondan xəbər verir ki, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var və bu da ümumi ixracatımızı artırıb",-deyə iqtissadçı vurğulayıb.

V. Bayramov bu ilin mart ayından etibarən Azərbaycan ilə Türkiyə 15 əsas mal qrupu üzrə preferensial ticarət rejimi qüvvəyə mindiyini xatırladıb: "Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Bütövlükdə, iki ölkə arasındakı mövcud 4.5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-ci ilədək 15 milyard dollara çatdırmaq hədəflənir".

Deputatın sözlərinə görə, artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir: "Kənd təsərrüfatı məhsullarının qeyri-neft ixracatımızda payının çox olmasına baxmayaraq birinci rübdə emaledici məhsulların xaricə satışı artıb. Bu isə dəyər ifadəsində ölkəmizə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, bu ilin ilk 2 ayında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,1 faiz artıb".

Vüqar Bayramov qeyd edib ki, bütövlükdə, son statistika göstərir ki, "lock-down" tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir. Bu baxımdan da, pandemiyanın davam edən aylarında da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur".(Azpolitika)



Xəbərin oxunma sayı : 382




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap