Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Mühüm tədbirlərə hazırlaşırıq“ - Zelenski

Tarix 28.03.23, 8:40

Font ölçüsü : - / +
bitmap-img6


“Biz mühüm tədbirlərə hazırlaşırıq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Andjey Duda ilə telefonla danışığından sonra teleqram kanalında yazıb.

Zelenskinin sözlərinə görə, polşalı həmkarına cəbhədəki vəziyyət barədə danışıb.

O qeyd edib ki, Duda ilə döyüş əməliyyatlarının gedişi və cəbhənin müəyyən sektorlarındakı vəziyyəti müzakirə edib.

"Ukraynanın cari müdafiə ehtiyaclarını və yaxın gələcəkdə birgə diplomatik səyləri müzakirə etdik. Biz mühüm tədbirlərə hazırlaşırıq", - Zelenski bildirib.

Xatırladaq ki, ötən gün Duda Ukraynanın tezliklə ilk MiQ-29 qırıcılarını alacağını bildirib.

Bundan əlavə, Polşada hərbi sənaye kompleksinin dövlət və özəl müəssisələri Polşa və Ukrayna ordusu üçün sursat istehsalını artırmağı planlaşdırır.



Xəbərin oxunma sayı : 820




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap