Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz“ - Ərdoğan

Tarix 20.05.24, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 1980-ci il hərbi çevrilişindən sonra qüvvədə olan konstitusiyanı əvəz etmək üçün sivil konstitusiyasının hazırlanması və qəbul edilməsinin zəruriliyini bəyan edib.

Bu barədə Türkiyə lideri bunu sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Onun sözlərinə görə, mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz: “Yeni əsas qanunun qəbulu ilə türk demokratiyası çevriliş ənənəsinə son qoymalıdır. Yeni əsrdə Türkiyənin 85 milyonluq əhalisi üçün yeni sivil konstitusiya idealının həyata keçirilməsinin zəruriliyinə inanıram. Gələcək nəsillər liberal konstitusiya ilə idarə olunmağa layiqdirlər”.

Qeyd edək ki, Türkiyə Prezidenti daha əvvəl iki dəfə konstitusiyaya dəyişikliklərlə bağlı məsələləri xalqın təsdiqinə təqdim edib.

2017-ci ildə keçirilən referendumdan sonra ölkədə parlament idarəetmə forması prezident üsul-idarəsi ilə əvəz olundu, lakin bu dəyişikliklər fonunda yeni konstitusiya qəbul edilmədi. Ötən ilin may ayında yenidən yeni prezident seçildikdən sonra Ərdoğan yeni konstitusiyanın qəbulunu administrasiyasının əsas vəzifələrindən biri adlandırmışdı



Xəbərin oxunma sayı : 1111




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap