“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Milli birliyin gücləndirilməsi hər birimiz üçün önəmlidir” - Adəm İsmayıl Bakuvi

Tarix 01.01.26, 17:09

Font ölçüsü : - / +
bitmap-img6


“Milli həmrəylik, sosial birlik ideyası Azərbaycan cəmiyyətinin əsas dayaqlarından biridir və bu dəyərlərin qorunması, təşviqi hər birimiz üçün önəmlidir”.

AzFakt.com xəbər verir ki, bu fikirləri Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbirdə bildirib.

Vəhdət Partiyası və Beynəlxalq Diaspor Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən sədr vurğulayıb ki, bu ideyalar partiya üçün də prioritet istiqamətlərdəndir. Vəhdət Partiyasının fəaliyyətində milli birliyin gücləndirilməsi və ictimai həmrəyliyin təşviqinə xüsusi önəm verilir. Adəm İsmayıl Bakuvi vurğulayıb ki, siyasi partiyalar arasında milli birlik ideyalarının və ideoloji baxışların uyğunlaşması vacibdir.

O qeyd edib ki, milli birliyimiz siyasi partiyaların qarşılıqlı anlaşması və əməkdaşlığı şəraitində daha da möhkəmlənə bilər.

Vəhdət Partiyasının sədri bildirib ki, Qərbi Azərbaycan məsələsi hər bir təşkilat və vətəndaş üçün milli məsuliyyət məsələsi olmalıdır.

Torpaqlarımızın tarixi, mədəni və ərazi əhəmiyyətini dərk etmək, hər kəsin dədə-baba yurdlarını ziyarət etmək hüquqları tanınmalıdır. Məhz bu yanaşma, həm partiyalar arasında həmrəylik ruhunun güclənməsinə, həm də Azərbaycanın bütövlüyü və tarixinin qorunmasına xidmət edir.

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev çıxışında dünya azərbaycanlılarının vahid məqsəd ətrafında təşkilatlanmasının bu gün xüsusi strateji əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında diaspor təşkilatlarının üzərinə mühüm məsuliyyət düşür və rəhbərlik etdiyi qurum bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət aparır.

Tədbirdə şəhid ailə üzvləri, qazilər, Qərbi Azərbaycanın bir sıra kənd icmalarının nümayəndələri və beynəlxalq yarışlarda uğur qazanmış gənc idmançılar iştirak ediblər.

Toplantıda Vəhdət Partiyası sədrinin müşaviri Nazim Hacıyev, Gənclər Təşkilatının sədri Aynurə Ələkbərova, Nərimanov rayon təşkilatının sədri Rauf Quliyev, partiya təmsilçisi Taleh Mikayılov, Ceyhun Şakiroğlu da iştirakçılara təbriklərini çatdırıblar.

Həmrəylik ruhunda keçən mərasimdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib. Eyni zamanda, mövzuya uyğun videoçarxlar nümayiş olunub.

Proqram çərçivəsində “Dünya Azərbaycanlılarının birlik və bərabərliyinin formalaşdırılması və möhkəmləndirilməsi sahəsində göstərdiyi fəallığa görə” Vəhdət Partiyasının üzvləri, Gənclər Təşkilatının idmançı üzvləri, partiya fəalları, Beynəlxalq Diaspor Mərkəzinin üzvləri, eləcə də Paşalı rayonu Terp, Köçbək və Leyliqaçan kənd sakinlərindən ibarət bir qrup şəxs mükafatlandırılıb.

Həmçinin, proqram çərçivəsində Qərbi Azərbaycan mövzusunda sərgi təşkil edilib. Sərgidə Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, etnoqrafiyasını və deportasiya həqiqətlərini əks etdirən fotoşəkillər, xəritələr, kitablar və digər vizual materiallar nümayiş etdirilib.

Milli birlik və həmrəylik ab-havasında keçirilən tədbir bədii hissə ilə yekunlaşıb.







Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap