Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR

Tarix 09.07.25, 16:24

Font ölçüsü : - / +
bitmap-img6


Regionlara xüsusi diqqəti ilə seçilən sərfəli mobil operator “Nar”ın baş icraçı direktoru Qunnar Panke Azərbaycan Texnologiya Universitetində (ATU) keçirilən məzun günü tədbirində iştirak edib.

AzFakt.com xəbər verir ki, Gəncədə təşkil olunan mərasimdə 300-ə yaxın məzun, universitetin rəhbər heyəti, müəllim kollektivi və müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qunnar Panke məzunları təbrik edərək onların gələcək peşə həyatlarında uğurlar arzulayıb.

“Nar” və Azərbaycan Texnologiya Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində son bir ildə tələbələr üçün mobil texnologiyalar üzrə seminarlar, karyera hazırlığı proqramları və müəllimlər üçün ixtisasartırma təlimləri keçirilib.

Bu əməkdaşlıq çərçivəsində ATU-da həm nəzəri, həm də praktik biliklərin inkişafına dəstək verilir. Çıxışında məzunlara müraciət edən Qunnar Panke bildirib: “Əziz məzunlar, sizi bu əlamətdar gün münasibətilə təbrik edirəm. İnanıram ki, hər biriniz gələcəkdə seçdiyiniz sahənin peşəkarına çevriləcək və cəmiyyətin inkişafına öz töhfənizi verəcəksiniz. Telekommunikasiya sahəsində karyera qurmaq istəyənlərə isə bizimlə birgə çalışma fürsətləri açıqdır”.

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət strategiyasında təhsili əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Operator regionlarda yaşayan gənclərin bilik və bacarıqlarının artırılması onların əmək bazarına inteqrasiyasına dəstək və müasir texnologiyalarla tanışlığı istiqamətində davamlı layihələr həyata keçirir. 

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.






Xəbərin oxunma sayı : 844




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap