![]() |
|














İnhisarçılar və idxal inflyasiyası qiymətləri banalaşdırır – Süni qiymət artımına qarşı tədbirlər görüləcəkmi?
Tarix 20.06.21, 20:00 |
|

Rəsmi rəqəmlərə görə, bu ilin yanvar- may aylarında qiymət artımının səviyyəsi 4.2 faizə yüksəlib. Qeyd edək ki, əmtəə qiymətlərinin yüksəlməsi son dövrlər bütün dünyadan ötrü xarakterikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, FAO Qida Qiymət İndeksi bu ilin mayında aprellə müqayisədə 4.8 faiz, ötən ilin may ayı ilə müqayisədə isə 39.7 faiz yüksək olub.
Qurum qiymət indeksinin yüksəlməsini, əsasən, bitki mənşəli yağların, şəkər və taxılın qiymətlərindəki qlobal artıma bağlayıb. Ərzaq məhsullarının təminatında idxalın özəl payının yetərincə yüksəkliyi daxili amillərlə yanaşı, xarici amillərin də qiymətlərin bahalaşmasına təsirini danılmaz edir.
Azərbaycanda pandemiyaya görə məhdudiyyətlər ötən ilin martından bəri tətbiq edilir. Karantin rejimi iqtisadiyyata təsirsiz ötüşməyib. Ötən il ölkədə orta aylıq əməkhaqqı və əhalinin gəlirlərində azalma, işsiz sayında çoxalma qeydə alınıb. Bəs karantin rejimi başlayandan bəri ölkədə məhsulların qiyməti necə dəyişib? Ən çox hansı məhsullar bahalaşıb?
Un və un məhsulları Azərbaycanda insanların qida rasionunda önəmli yer tutur. Rəsmi rəqəmlərə görə, pandemiya başlayandan bəri ölkədə 1 kiloqram buğda ununun orta qiyməti 1 manat 9 qəpikdən 1 manat 20 qəpiyə, qarışıq undan çörək (1kq) 1 manat 4 qəpikdən 1 manat 13 qəpiyə, çovdar çörəyi (1 kq) 1 manat 18 qəpikdən 1 manat 25 qəpiyədək bahalaşıb. Vermişel və makaronun orta qiyməti isə həmin vaxt ərzində 1 manat 84 qəpikdən 2 manat 2 qəpiyə yüksəlib. Başqa deyimlə, 18 qəpik və ya 10 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin məhsulların orta qiyməti ilə bağlı hesablamalarından görünür ki, 2020-ci ilin martında Azərbaycanda uzun düyünün 1 kiloqramı 3 manat 52 qəpiyə, yumru düyünün 1 kiloqramı isə 2 manat 6 qəpiyə satılıb. Hazırda bu göstəricilər, uyğun olaraq, 3 manat 82 qəpik və 2 manat 25 qəpikdir. Beləliklə, pandemiya dönəmində ölkədə uzun düyünün qiymətində 30 qəpik (9 faiz), yumru düyünün qiymətində isə 19 qəpik (10 faiz) artım gözə çarpıb.
Rəsmi rəqəmlərə görə, pandemiya dövründə mal ətinin orta qiymətində nisbi azalma sezilib. Pandemiya başlayan ərəfədə sümüklü mal ətinin 1 kiloqramının orta qiyməti 10 manat 58 qəpik idisə, hazırda bu göstərici 10 manat 39 qəpiyə enib. Sümüksüz mal ətinin orta qiyməti də həmin dövr ərzində 12 manat 48 qəpikdən 12 manat 42 qəpiyə geriləyib.
Qoyun və toyuq əti isə, mal ətindən fərqli olaraq, pandemiya dövründə bahalaşıb. Ötən ilin martında ölkədə bir kiloqram qoyun ətinin orta qiyməti 11 manat 67 qəpik idisə, hazırda bu rəqəm 11 manat 81 qəpikdir. Toyuq ətinin qiyməti də həmin müddətdə 4 manat 54 qəpikdən 4 manat 69 qəpiyə yüksəlib. Ən çox artım müşahidə edilən ərzaq məhsullarından biri kolbasadır. Pandemiya müddətində hisə verilmiş 1 kq kolbasanın qiyməti 11 manat 64 qəpikdən 13 manat 90 qəpiyədək - 1 manat 26 qəpik bahalaşıb. Suda bişmiş kolbasanın qiymətindəki artım məbləği isə 80 qəpikdir.
Ağartıda da artım tempi ara verməyib. Pandemiya dövründə pasterizə olunmamış üzlü südün 1 litrinin orta qiyməti 89 qəpikdən 93 qəpiyə, sterilizə olunmuş üzlü südün qiyməti 2 manat 11 qəpikdən 2 manat 28 qəpiyə yüksəlib. Qatıq da bahalaşıb. Əvvəllər kilosu 1 manat 90 qəpiyə satılan qatıq 2 manat 11 qəpikdən satılmağa başlanıb.
Uşaq qidaları da bahalaşma dalğasından kənarda qalmayıb. Pandemiya dövründə yarma, un və ya nişastadan hazırlanmış uşaq qidalarının 500 qramının orta qiyməti 9 manat 26 qəpikdən 10 manat 52 qəpiyə yüksəlib. Yəni, bahalaşma 1 manat 26 qəpiyə və ya 14 faizə yaxın olub. Uşaq qidası üçün quru süd qarışığının 1 kiloqramının qiyməti isə həmin vaxt ərzində 33 manat 17 qəpikdən 35 manat 11 qəpiyə yüksəlib, yəni, 2 manata yaxın bahalaşıb.
Bəzi yağ növlərində, özəlliklə günəbaxan və qarğıdalı yağlarının qiymətlərində ciddi bahalaşma gözə çarpır. Ötən ilin martından bəri günəbaxan yağının 1 litrinin orta qiyməti 2 manat 89 qəpikdən 3 manat 95 qəpiyə, qarğıdalı yağının qiyməti isə 4 manat 30 qəpikdən 5 manat 31 qəpiyə yüksəlib. Yəni, bu məhsulların qiyməti təxminən 1 manat -müvafiq olaraq 37 faiz və 24 faiz.
Ölkədə sürətli qiymət artımının səbəblərinə gəlincə, ekspertlər bildirlər ki, burada ilin əvvəlin yanacağın, suyun tariflərinin bahalaşdırması mühüm rol oynayıb. Kənd təsərrüfatı məhsullarının şəhərlərə daşıma xərcləri təxminən 30-40 faiz artıb ki, bu da maya dəyərinə ciddi təsir göstərir.
Ərzaq və gündəlik tələbat mallarındakı qiymət artımının bir səbəbi dünyada ərzağın bahalaşması ilə bağlıdır. Məlumdur ki, Azərbaycanın illik 12-13 milyard dollara çatan idxalının əsas hissəsini ərzaq, qida əlavələri, taxıl məhsulları təşkil edir. Nəticədə idxal infilyasiyası baş verir və bu da ölkədə kəskin qiymət dəyişkənliyinə gətirib çıxarır.
İkinci mühüm səbəb isə gömrük rüsumlarının yüksək olması, ərzaq və gündəlik tələbat malları bazarının cəmi bir neçə şirkətin inhisarında olması ilə bağlıdır. Azərbaycanda illik 38-40 milyard daxili dövriyyənin əsas hissəi bu şirkətlərin kassalarından keçir. Onlar həm idxal, həm topdan, həm də pərakəndə satış həyata keçirirlər. Son illərdə iri şirkətlərin genişlənən market şəbəkələri kiçik mağazaları sıradan çıxarmağa başlayıb. Beləliklə, idxal və satış monopolistlərin əlində cəmləşdiyinə görə, onlar istədikləri qiyməti diqtə edə bilirlər.
Qeyd edək ki, ölkədə istehsal olunan müəyyən ərzaq məhsulları da monopolist şirkətlərin nəzarətindədir. Kiçik müəssisələr, zavodlar, emal sənayesinin hazırladığı əmtəə həm daxili bazarlarda satılır, həm də ixrac olunur.
Nəzarətedici qurumlar isə inhisarçıların qarşısında ya acizdirlər, ya da onlarla sövdələşərək bazardakı hökmran mövqelərini daha gücləndirməyə yardım edirlər. Qeyd edək ki, Azərbaycanda "Antiinhisar fəaliyyəti haqqında" Qanun ölü doğulmuş qanunlar sırasında ilk mövqedə dayanır. Bu qanunun tətbiq olunmasında məsul olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də əhalinin maraqlarını qorumaq üçün nəzərəçarpan fəaliyyəti məlum deyil. Habelə 20 ildən çoxdur, ölkədə "Rəqabət Məcəlləsi" qəbul edilmir.
Beləliklə, istehlakçılar obyektiv və daha çox subyektiv amillərdən baş verən qiymət artımından əziyyət çəkir. Pandemiyanin ölkədə yaratdığı sosial-iqtisadi çətinliklərdən dolayı əhalinin gəlirlərində müəyyən azalmalar baş verib. Bəzi sahələrin uzun müddət fəaliyyətinin dayandırılması xeyli sayda vətəndaşın iş yerinni və gəlirini itirməsinə səbəb olub.
Belə bir şəraitda inhisarçıların yaratdığı bahalıq ölkədə həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bunun qarşısını almaq üçün hökumətin süni qiymət artımına qarşı ciddi tədbirlər görməsi zəruridir. Əlbəttə, bu addımlar ənənəvi mövsümi kampaniya şəkilində aparılacaqsa və ancaq bazarlardakı satıcılara qarşı yönələcəksə, onun heç bir nəticəsi olmayacaq. (AzPolitika.info)
Xəbərin oxunma sayı : 667
İqtisadiyyat
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV