![]() |
|














“Pfizer” vaksini ilə bağlı “özəl qaydalar” - Səhiyyə Nazirliyi pullu xidmətə “yaşıl işıq“ yandırıb...
Tarix 09.06.21, 20:33 |
|

Bir neçə gün əvvəl Azərbaycana koronavirusa qarşı ABŞ və Almaniya şirkətlərinin birgə istehsalı olan "Pfizer-BioNTech" vaksini gətirilib. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ilkin olaraq gətirilən 218 min doz vaksin Bakı Sağlamlıq Mərkəzində və 1 saylı Kliniki Tibbi Mərkəzin ambulator şöbəsində vətəndaşlara vurulacaq. İyunun 7-də proflaktik məqsədlə 12 nəfərə vaksin vurulub və hər hansı əks göstəriş qeydə alınmayıb.
Qeyd edək ki, sözügedən peyvənd Covid-19-a qarşı istehsal olunmuş digər vaksinlər arasında ən etibarlı və təsirlisi sayılır. ABŞ, İsrail, Böyük Britaniya kimi ölkələrdə əhalinin peyvəndlənməsində əsasən bu vaksindən istifadə olunub. Ona görə də Azərbaycanda da bu peyvəndə maraq böyükdür, vətəndaşların bir qismi Çin, Rusiya vaksinlərinə etibar etməyərək onun yolunu gözləyirdilər.
İyunun 8-də Səhiyyə Nazirliyi məlumat yayıb ki, "Pfizer” vaksini üçün peyvənd məntəqələrinin sayı artırılıb. Məlumatda qeyd olunur ki, adıçəkilən vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası ilə yanaşı, həmçinin “Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq.
"Özəl klinikalara vaksin üçün müraciət edən vətəndaşların nəzərinə çatdırılır ki, həmin müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq aparılacaq", - deyə nazirliyin məlumatında vurğulanır.
Bu vaksinin vurulması üçün qaydalara gəlincə, Səhiyyə Nazirliyi bildirir ki, vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidir. Vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib, “Yoxla” düyməsinə basmalıdır.
Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.
İcbari Tibbi Sığorta Agentliyinin saytında isə qeyd olunub: “Özəl tibb müəssisəsində vaksinasiya üçün onlayn növbə götürüldükdə nəzərə alınmalıdır ki, tibb müəssisəsinin daxili qaydalarına əsasən peyvənd vurulmadan öncə tibbi müayinə tələb edilə bilər. Bu halda tibbi müayinə ödənişlidir və ətraflı məlumat üçün həmin tibb müəssəsinə müraciət edə bilərsiniz”.

Amma reallıqda proses heç də Səhiyyə Nazirliyinin açıqladığı qaydada getmir. Çünki "Pfizer" vaksininin vurulacağı tibb mərkəzlərinin adları İsbari Tibbi Sığorta Agentliyinin randevu.its.gov.az saytında yerləşdirilməyib. Saytda Bakıda və ölkənin hər yerində vaksinasiya üçün poliklinika və xəstəxanaların adları, ünvanları qeyd olunsa da, Bakı Sağlamlıq Mərkəzinin, Mərkəzi Klinik Xəstəxanasının, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanalarının adlarına rast gəlmədik.
Bununla bağlı Agentlikdən "AzPolitika.info"ya bildirilib ki, bölgü Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aparılıb. Quruma yalnız siyahı gəlib və onlar da saytda yerləşdiriblər. Agentlikdən o da bildirilib ki, "Pfizer" vaksininin əsasən özəl klinikalara verilməsinin səbəbləri haqda da heç bir bilgiyə malik deyillər.
Səhiyyə Nazirliyinin "Pfizer" vaksininin özəl klinikanın daxili qaydaları çərçivəsində vurulacağı, əvvəlcə ödənişli müayinə tələb ediləcəyi barədə xəbərdarlığına gəlincə, bu məsələ peyvəndlənmə prosesində yenilikdir.
Məlumdur ki, vaksinlər ölkəyə dövlət hesabına gətirilir və pulsuz vurulur. Amma "Pfizer"-lə bağlı fərqli vəziyyət yaranıb. Özəl klinikaların böyük tələbat olan adıçəkilən peyvəndi gəlir mənbəyinə çevirəcəyi barədə narahatlıq var. Səhiyyə Nazirliyi də məlum açıqlaması ilə ona "yaşıl işıq" yandırıb.
Mərkəzi Klinik Xəstəxanadan bu barədə "AzPolitika.info"nun sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar onlayn qaydada qeydiyyatdan keçdikdən sonra vaksin vurdura bilərlər. Bu zaman vətəndaşın təzyiqi ölçüləcək və terapevt tərəfindən yoxlanılacaq. Klinikadan bu xidmətlərin ödənişsiz olduğu qeyd olundu. Xəstəxananın adının randevu.its.gov.az saytının bazasında çıxmamasına gəlincə, bildirildi ki, bu suala aidiyyatı üzrə cavab verilməlidir. Amma xəstəxanaya vaksin üçün müraciət edən vətəndaşlar var və onlara xidmət göstərilir.

“Leyla Medical Center”dən isə "AzPolitika.info"ya bildirildi ki, Səhiyyə Nazirliyi onların adını "Pfizer" vurulacaq klinikaların siyahısına daxil edib. Amma hələ vaksinin necə vurulacağı barədə qaydalar dəqiqləşmədiyinə görə konkret məlumat verə bilməzlər.
“Caspian İnternational Hospital”dan isə "AzPolitika.info"ya bildirildi ki, "Pfizer" vaksinlərinin klinikaya daxil olması gələn həftə gözlənilir: "Qaydalar artıq müəyyənləşib, vətəndaşlar onlayn qaydada növbə götürüb randevu saatında yaxınlaşıb peyvənd vurdurmalıdırlar. Bundan əvvəl vətəndaşların tibbi müayinəsi nəzərdə tutulur və bu xidmət ödənişsizdir".
Beləliklə, apardığımız sorğu zamanı müəyyən oldu ki, özəl klinikalar "Pfizer" vaksini üçün əlavə ödəniş tələb etmək niyyətində deyillər. Problemli məsələ Səhiyyə Nazirliyinin müəyyən etdiyi tibb mərkəzlərinin adlarının randevu.its.gov.az sisteminə inteqrasiya olunmamasıdır. Ümid edək ki, bu porblem də qısa müddətdə həllini tapa bilər.
Xəbərin oxunma sayı : 538
Sosial
Xəbərlər
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Nəsimi rayonunda mənzil qanunsuz olaraq obyektə çevrilib - FOTOLAR
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
-
Qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib - DİN
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
“Bu halda sanksiyaları ləğv edəcəyəm” - Tramp
-
Ağdamda mina partladı - Polis əməkdaşı xəsarət aldı
-
Ölkəmizin enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətli olan layihə
-
“8 Noyabr“ Elektrik Stansiyasının açılışı ölkəmizin enerji tarixinə mühüm səhifə kimi yazıldı
-
Saxta teleqram kanalının məlumatı təxribatdır - RƏSMİ
-
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - ŞİKAYƏT
-
“Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər“ - Vəkilin AÇIQLAMALARI
-
Ov tüfəngi ilə qaynanası, arvadı və baldızını vurdu... - Hadisənin DETALLARI
-
Yekaterinburqda 2 qardaşı öldürülən Seyfəddin Hüseynlidən yeni açıqlama - VİDEO
-
Bakı-Qəbələ qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ
-
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyində mühüm rola malikdir
-
Trampdan Maskla bağlı yeni açıqlama: “O, əla oğlandır”
-
Yekaterinburqda məhkəmə şousu başa çatdı - Kimlər həbs edildi? + FOTOLAR
-
Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
-
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər bahalaşıb? - VİDEO
-
Ukrayna müharibəsi 2026-cı ilə qədər davam edə bilər - CNN
-
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - “Bir dur deyən yoxdur“
-
“Emerald” hotelində şok olay: Otağına çağırdığı qadın kişi çıxdı….
-
“Faşist Putin hakimiyyətini pisləyirik“ - Aygün Attar
-
Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
-
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Azərbaycan parlamentinin nümayəndə heyətinin Rusiyaya səfəri ləğv edildi - RƏSMİ
-
“Vətən Bağı“ İB Naxçıvanda “Narkotikə yox“ layihəsinə start verdi - FOTOLAR
-
Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb - VİDEO
-
“Rusiyanın yay hücumu uğursuzluğa düçar olur“ - The Telegraph
-
Unudulmuş Nobel laureatı və sovet Rusiyası - Siqrid Unsetin acı müşahidələri
-
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir - VİDEO
-
Yekaterinburq məhkəməsi Akif Səfərovu həbs etdi - 22 günlük
-
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv edilir - Rəsmi
-
Lənkəranda hadisə: İş adamı xəstəxanalıq oldu, saxlanılan var
-
FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir - DEPUTAT
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Naxçıvanda ağır qəza: Məmur və ər-arvad öldü (FOTO)
-
“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov
-
Eyni məhsul, kəskin qiymət fərqi: “Bahadırsa, almayın“
-
İran aylar ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər - Qrossi
-
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
-
Bakıda bərbad vəziyyətdə olan bəzi yolların “bəxt“i niyə açılmır? - VİDEO
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəməsi başladı - Fotolar
-
Azərbaycanda gəlinliklərin baha olmasının səbəbi nədir? - VİDEO
-
Qayınanasını öldürdü, arvadı ilə baldızını yaraladı - Masallıda dəhşətli hadisə
-
Biləcəridə yol problemi - Səkilər yoxdur, maşınlar küçəyə park olunur
-
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq
-
“Ziraat Bank Azərbaycan“ geriləyir - Əhali pullarını geri götürür
-
Bakıda gənc “lyuk“a düşməyib, yol çöküb - VİDEO
-
35 nəfərin zəhərləndiyi “Dönər evi“ yenidən açıldı - Jurnalistlərə hücum etdilər (VİDEO)
-
Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı - VİDEO
-
Göygöldə sərxoş şəxs polisin silahını götürmək istəyib - TƏFƏRRÜAT
-
Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? - Siyahı
-
İsrailin raket zərbələri nəticəsində öldüyü deyilən Əli Şamxani üzə çıxıb - FOTO
-
“QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - Vüqar Səfərov
-
675 min manat vergi borcu olan hospitalda qanuni təmsilçi “oyunu” - Üçüncü dəyişiklik
-
Rusiyada iki qardaşı öldürülən Seyfəddin Hüseynli: Digər yaxınlarımız hazırda təzyiq altındadır
-
Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
-
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
-
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı - Kəskin etiraz bildirildi
-
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi - TƏFƏRRÜAT
-
Ukrayna kəşfiyyatından daha bir uğurlu əməliyyat - 4 ədəd Su-34 qırıcısı məhv edildi
-
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
-
Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?
-
“Bu, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıyır” - XİN
-
Tramp təkzib etdi: Bu insanlar xəstədir!
TOP 10
ARXİV