“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qaçqınkom” 2020-ci ildə istismara verilən binalara köçkünləri 2019-cu ildə necə köçürüb? – FAKTLAR

Tarix 17.06.21, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Kürdəmir rayonunun Xırdapay kəndində inşa etdiyi yeni qəsəbənin istismarına icazə verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında yer alıb.

Məlumatda qeyd olunur ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Kürdəmir rayonunun Xırdapay kəndində inşa etdirdiyi 563 ailəlik yeni yaşayış məhəlləsindəki yaşayış və qeyri yaşayış binalarının istismarına icazə verilir.

Qeyd edək ki, açıqlanan məlumatda "Tikintinin istismara hazırlıq aktı”nın 2020-ci ilin aprel ayında verildiyi göstərilir.

Maraqlıdır ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Kürdəmir rayonunun Xırdapay kəndində inşa etdiyi 4 mərtəbəli yaşayış binaları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom”) sədri Rövşən Rzayev, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Fondun direktoru, millət vəkili Mahir Abbaszadənin iştirakı ilə 2019-cu ilin dekabr ayında istifadəyə verilib.

Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasına Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom”) sədri rəhbərlik edir.


 

 
 






Xəbərin oxunma sayı : 352




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap