“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qondarma rejimin “yeni prezidenti”nin seçilməsi Bakı üçün “qırmızı xətt” oldu” - Elçin Əmirbəyov

Tarix 21.09.23, 20:39

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanın hərbi tədbirləri 24 saatdan az müddətdə vəziyyəti dəyişdi. Ermənistan münaqişəyə qarışmır”.

Bunu fransız jurnalist, hərbi ekspert Jan-Dominik Merşe Azərbaycanın Qarabağda lokal antiterror tədbirləri barədə məqaləsində deyib.

Məqalədə antiterror tədbirlərinin başlama səbəbləri barədə faktlar təqdim olunub. Bildirilib ki, bu tədbirlər 24 saatdan az müddətdə nəticə göstərib.

“Erməni qoşunları müqavimət göstərə bilmədilər və faktiki olaraq təslim oldular”, - deyə məqalədə vurğulanıb.

Müəllif Qafqazın geosiyasi xəritəsinin göz qabağında dəyişdiyini vurğulayıb.

“Yerli müstəvidə, beynəlxalq etirazlara baxmayaraq, uduzan tərəf separatçı ermənilər oldular. Amma regional miqyasda - Ermənistanda siyasi çevrilişdən başqa - Rusiya “yaxın xaricdə”, yəni keçmiş imperiyasında öz təsirini itirə bilər”.

“Sentyabrın 9-da qondarma rejimin “yeni prezidenti”nin seçilməsi Bakı üçün “qırmızı xətt” oldu”, - deyə müəllif Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyovdan sitat gətirib və sözlərinə belə davam edib: “Azərbaycan Ermənistanı Qarabağda təqribən 10 minlik qoşun kontingentinə malik olmaqda ittiham edir ki, bunun da 3 mini yerli sakinlərdən ibarətdir. İrəvan bunu çox inandırıcı olmasa da, təkzib edir. Bu mövcudluq 2020-ci il razılaşmalarına zidd idi. Çərşənbə axşamı başlayan antiterror tədbirləri bu silahlı qüvvələrə qarşı yönəlib. Azərbaycanın hərbi üstünlüyü danılmazdır”.

Müəllif bu növbəti məğlubiyyətin Ermənistanın özündə də nəticələrinin olacağını bildirib.



Xəbərin oxunma sayı : 1072




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap