“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Ronaldo “Real“a qayıtmayacaq“ - Peres

Tarix 20.04.21, 15:47

Font ölçüsü : - / +
bitmap-img6


“Real”ın və yeni yaradılan Avropa Superliqasının prezidenti Florentino Peres kludakı durum haqqında danışıb.

Qol.az xəbər verir ki, 74 yaşlı funksioner yayda  PSJ-dən Kilian Mbappe, “Yuventus”dan Kriştiano Ronaldo və “Borussiya”dan (Dortmund) Erling Haalandın transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

“Ronaldonun hələ “Yuventus”la müqaviləsi var. O, “Real”a qayıtmayacaq. Bu xəbərlər məntiqli deyil. Ronaldo bizim üçün çox şey edib. Amma hər şey geridə qaldı. Mbappeyə gəlincə, “Real”ın dəyişikliklərə ehtiyacı var. Onun kimi yaxşı futbolçularla maraqlanırıq. Amma hələlik Mbappe ilə danışmamışam. Haalandın atası isə klubun muzeyini ziyarət etmişdi”.

Peres baş məşqçi Zinəddin Zidanın və kapitan Serxio Ramosun Madrid təmsilçisində qalıb-qalamayacağı ilə əlaqədar sualları belə cavablandırıb:

“Maddi olaraq çox pis vəziyyətdəyik. Ramosla yeni müqavilə barədə sonra düşünəcəyik. Zidan isə klub tarixinin ən yaxşılarındandır və mənim işlədiyim ən yaxşı baş məşqçidir. O, bizimlə xoşbəxtdir. Zidanla müqaviləmiz var. Mövsümün sonunda nə olacağını yaşayıb görərik”.



Xəbərin oxunma sayı : 874




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap