Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri

Tarix 18.04.24, 10:29

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.

Bu barədə Ukraynanın Baş naziri Denıs Şmıqal BBC-yə müsahibəsində söyləyib.

Şmıqal amerikalı qanunvericilərin Kiyevə 60 milyard dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edəcəklərinə (səsvermə aprelin 20-də baş tutacaq – red.) dair ehtiyatlı nikbinliyini bildirib.

“Bizə bu pul dünən lazımdır, sabah yox, bu gün yox”, – Baş nazir vurğulayıb.

“Ukrayna uduzsa... Qlobal, dünya təhlükəsizlik sistemi məhv olacaq və bütün dünya yeni təhlükəsizlik sistemi axtarmalı olacaq. Çoxlu münaqişələr, belə müharibələr olacaq və bu, sonda Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər”, – Şmıqal əlavə edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq etmişdi.(report)



Xəbərin oxunma sayı : 694




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap