Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq

Tarix 04.03.24, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


“Bloomberg” agentliyinin aylıq istisadi analitik hesabatında qeyd edilib ki, ABŞ-nin milli daxili məhsulu dinamik inkişaf mərhələsinə qədəm qoyub və Amerika bu göstəriciyə görə Çini üstələyib. Bu o deməkdir ki, Vaşinqton Pekinlə iqtisadi və maliyyə rəqabətində önə çıxmağa başlayıb.

Beynəlxalq Valyuta Fondu ABŞ-nin ötən il milli daxili məhsulunun 6.3 fazi artdığını qeydə alıb, Çində bu rəqəm isə 4.3 faizdir. Bununla ABŞ dünyanın bir nömrəli iqtisadi gücü olduğunu sübut edib.

Çin lideri Tsi Cinpin Rusiya lideri Vladimir Putinlə birgə çoxqütblü dünya formalaşdırmağa çalışır. Ona görə də ABŞ iqtisadiyyatının gücünü bir daha təsdiq etməsi Pekin- Moskva cütlüyü üçün pis xəbərdir. 2018-ci ildən ABŞ ilə Çin arasında ticarət müharibələri davam edir. Bir qrup ekspert bu mübarizəni kaptilaizmlə kommunizm arasındakı qarşıdurma kimi qiymətləndirir, tərəflərdən heç biri məğlub olmaq istəmir.

Bu arada, nüfuzlu “Wall Street Journal” dərgisində Çinin dünya ticarətinə yeni təhlükə yaratdığı barədə məqalə yayımlanıb. Çin ixrac etdiyi məhsulların həcmini artıracaq. Bunu yeni “Çin şoku” adlandırıblar. Bu yaxın tarixdə bir dəfə baş verib. Çin 1990-2000-ci illər arasında müxtəlif ölkələri ucuz məhsulları ilə “tanış” edib. Bu Çinin Dünya Ticarət Tışkilatına üzv olmasından sonra baş verib. Bunun nəticəsində bəzi ölkələrdə yerli müəssisələr bağlandı. Misal üçün ABŞ-də 1999-2011-ci illər arasında 2 milyon iş yeri itirildi. Çin məhsulları ucuz olduğundan rəqabət aparmaq çətin idi.

Çin yenidən ixracatı canlandırmaq qərarına gəlib. Pekin bu yolla Çində artan inflyasiyanın və iqtisadi artımın zəifləməsinin qarşısını almağı hədəfləyib. Çin bu dəfə müxtəlif ölkələrə texnoloji məhsulların ixracatını artıracaq. Bu Qərb ölkələri üçün yeni problemlər yaradacaq.

Buna baxmayaraq, bir qrup istisadi ekspertin fikrincə, Pekinin ixracatı artırmaq qərarı Çin iqtisadiyyatını böhrandan çıxarmaya da bilər. Çin iqtisadiyyatı 40 il ərzində davamlı inkişaf tempi göstərib. Hazırda Çin inkişafın səngiməsi dövrünü yaşayır. Pekin illər boyu zavodların, hündürmərtəbəli binaların, yolların tikintisinə böyük yatırımlar həyata keçirib. Bunun sayəsində Çin kasıb dövlətdən inkişaf edən dövlətə çevrilib. Ancaq bu sadə model artıq işləmir, dövlətin daxili borcları artıb və bu vəziyyətdən çıxış imkanları hələ tapılmayıb.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 925




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap