“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH

Tarix 23.03.24, 11:54

Font ölçüsü : - / +
bitmap-img6


“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) terror olaylarını və ya müharibələri əvvəlcədən necə proqnozlaşdıra bilir? MKİ dünyanın hər yerində geniş kəşfiyyat şəbəkəsinə malik olmaqla yanaşı müasir dinləmə texnologiyalarından istifadə edir”.

AzFakt.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Moskvada baş verən terror hücumu ilə bağlı xəbərləri şərh edərkən deyib.

O, MKİ-nin Moskvadakı terror olayını əvvəlcədən müəyyənləşdirə bildiyini misal gətirir: “MKİ sadəcə, günü və terrorçuların Moskvada konkret hara hücum edəcəyindən xəbərsiz ola bilərdi. Ancaq terrorçu qruplaşmalardan birinin Moskvada artıq terror planlaşdırdığı barədə məlumatı olub. Bunu həm terrorçu təşkilatın içindəki MKİ xəfiyyəsi sızdıra, həm də təşkilat müxtəlif dinləmələr üzərindən terror hazırlığı qənaətinə gələ bilərdi. Eyni sözü müharibələr barədə də söyləmək olar”.

Politoloq 2020-ci ilin sentyabrında Azərbaycanla Ermənistan arasında müharibə başlamadan bir neçə gün öncə ABŞ-nin Bakıdakı və İrəvandakı səfirliklərinin öz vətəndaşlarını sərhəd bölgəsindən uzaq dayanmağa çağırdığını xatırladır: “MKİ əldə etdiyi məlumatlar və apardığı analiz üzərindən müharibənin başlayacağı qənaətinə gəlmişdi. Sadəcə sual olunur: Bu qədər imkanı olan Mərkəzi Kəşfiyyat İdarəsi necə olub ki, 2001-ci ilin sentyabrında terrorçuların “burnunun ucundakı” hücumlarını müəyyənləşdirib, qarşısını ala bilmədi? Bu mövzu ətrafında bu günə qədər qızğın müzakirələr gedir…”



Xəbərin oxunma sayı : 1027




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap