“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rusiyanın anti-Azərbaycan təbliğatı: Gebbels üslubunda siyasət - ŞƏRH

Tarix 08.09.25, 21:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Rusiya təbliğat maşınının növbəti hədəfinə çevrilib.

AZAL təyyarəsi və Yekaterinburqda hadisələrə biganə qalmayan Azərbaycan dövlətinin qisasını Kreml bu ölkədə yaşayan azərbaycanlılardan almağa üstünlük verib. Müxtəlif ranqlı azərbaycanlılara qarşı uydurma cinayət işlərinin açılması, bu işlərin mətbuatda xüsusi işıqlandırılması və azərbaycanlı olmasının əlahiddə qeyd edilməsi Gebbels siyasətinin XXI əsrdə Rusiyada yaşadığını nümayiş etdirir.

Bu xüsusda yada salmaq yerinə düşər ki, avqustun sonunda bir sıra mətbuat orqanlarında Rusiya Təhlükəsizlik Şurasının iclasında Prezident Vladimir Putinin Azərbaycana qarşı təbliğatın gücləndirilməsi barədə göstəriş verməsi dərc edildi. Məhz bundan sonra bu ölkədə azərbaycanlılara qarşı təzyiqlər daha artdı.

Son həftələrdə isə bu ölkədə daha da irəli gedərək azərbaycanlıları sadə cinayətkar kimi göstərmirlər. Artıq azərbaycanlılar terrorçudurlar, dini radikallarla əlaqəlidirlər, və Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə fəaliyyət göstərirlər. Qəribədir ki, azərbaycanlıların "kriminal aləmə" məxsus olması, "terrorçuluqla" məşğul olması Rusiyanın Azərbaycanla münasibətlərinin korlanmasından sonra üzə çıxıb.

Azərbaycan və azərbaycanlılara qarşı təbliğatın ifrat dərəcəsinə çatmasını isə Rusiyanın aparıcı informasiya agentliyi TASS-ın məlumatı təsdiq edir. Belə ki, Azərbaycan adının hər bir halda neqativ formada səsləndirilməsi üçün bu agentlik əlindən gələni edir.

Sentyabrın 9-da Azərbaycanda anadan olmuş şəxsin general Kirillovun ölüm işində yeni fiqurant olması barədə xəbəri isə bütün hədlərin aşması deməkdir. Xəbər başlığından belə düşünmək olar ki, söhbət hər hansı bir azərbaycanlıdan gedir. Amma mətni oxuduqda məlum olur ki, adıçəkilən şəxs erməniəsillidir və Azərbaycana aidiyyatı onun Bakıda anadan olmasıdır. Təbii ki, bu halda söhbət xəbərlə manipulyasiyadan gedir, belə ki, Robert Safaryan Bakıda anadan olsa da, hazırda Rusiya vətəndaşıdır. Bütün jurnalistika və etika qaydalarına hündür nöqtədən tüpürən TASS agentliyi Azərbaycan haqqında neqativ rəyin formalaşdırılması tapşırığına uyğun olaraq yeri gəldi-gəlmədi ölkənin adını bütün mənfi informasiyarlarda hallandırır.


Söhbət təkcə bir agentliklə məhdudlaşsaydı, bunu həmin informasiya resursunda Azərbaycan və azərbaycanlılara qarşı qərəzli insanların fəaliyyət göstərməsi ilə əlaqələndirmək olardı. Amma görünən budur ki, belə tendensiya bütün Rusiya mətbuatındadır və bu bir mərkəzdən idarə edilir.

Avqustun sonlarında Rusiya mətbuatı (Kommersant, Kavkazski uzel və digərləri) bir qadının xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinə görə Ryazan məhkəməsi tərəfindən məhkum edilməsi barədə məlumat yayıb. Ukraynada müharibə başlayandan sonra bu tip məhkəmə qərarları Rusiyada adi hal aldığından, xəbərin özü təəccüb doğurmur. Məlumatın "Bakıda anadan olan qadın" başlığı ilə verilməsi isə Rusiyada Azərbaycan əleyhinə sistemli təbliğat aparıldığına şübhə yeri qoymur.

Cinayətkarın milliyəti, dini olmur kimi jurnalistikanın qızıl qaydası digər qaydalar kimi Rusiyada tapdaq altına alınıb və bunun oxşarlarını yalnız ötən əsrin 30-cu illərində faşist Almaniyasında tapmaq olar.

Nədənsə Bakıda anadan olan, hazırda Sankt-Peterburqun qubernatoru olan Aleksandr Beqlov haqqında xəbər yazanda Rusiya mətbuatı onun əslən Azərbaycandan olmasını xatırlatmaq istəmir. Eynilə Rusiyada sevilən bir sıra mədəniyyət xadimlərinin, misal üçün Emmanuel Vitorqanın adı çəkiləndə də əslən Bakıdan olması yada düşmür.



Xəbərin oxunma sayı : 238




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap