Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Agentlik “Azərişıq”da pozuntular aşkarlayıb - Məcburi göstəriş verilib

Tarix 05.06.26, 12:36

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azərişıq” ASC-yə icrası məcburi göstəriş verib.

AzFakt.com xəbər verir ki, gentlikdən bildirilib ki, vətəndaş müraciətləri, eləcə də Enerji Məsələləri Tənzimləmə Agentliyindən (EMTA) daxil olmuş məlumatlar əsasında “Azərişıq” ASC-nin fəaliyyəti ilə bağlı araşdırma aparılıb.

Araşdırma zamanı elektrik enerjisi təchizatının təşkili, istehlakçılarla hesablaşmaların aparılması və bildirişlərin təqdim olunması proseslərində sahəvi qanunvericiliyin tələblərinə tam əməl edilməsinin vacibliyi müəyyən edilib. Həmçinin elektrik enerjisi təchizatının dayandırılması zamanı qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət olunmasının zəruriliyi vurğulanıb.

Bununla əlaqədar olaraq, Agentlik tərəfindən “Azərişıq” ASC-yə elektrik enerjisi təchizatının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, istehlakçılara təqdim edilən hesablarda mövcud qalıq borcun göstərilməsi və yazılı xəbərdarlıqlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Bundan əlavə, rəqabət qanunvericiliyinin tələblərinin pozulmasında iştirak etmiş “Azərişıq” ASC-nin Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal Regional (Rayon) Enerji Təchizatı və Satışı İdarələrinin rəisləri, eləcə də həmin qurumların enerji satışı üzrə müavinlərinə maliyyə sanksiyası tətbiq olunub.

Agentlik qeyd edib ki, hazırda “Azərişıq” ASC tərəfindən elektrik enerjisi təchizatında qanunvericiliyin tələblərinə riayət olunması və abonentlərlə işin daha effektiv təşkili istiqamətində zəruri tədbirlər görülür.



Xəbərin oxunma sayı : 1147




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap