Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

ABŞ-dan Avropaya sərt xəbərdarlıq: Təhlükəli hücum başlayıb

Tarix 06.06.26, 20:04

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin müdafiə naziri Pit Heqset hesab edir ki, Vaşinqtonun Avropadakı müttəfiqləri təhlükəli ideologiyaların hücumu ilə üz-üzədirlər.

AzFakt.com xəbər verir ki, o, Fransanın şimalında müttəfiq qoşunların Normandiya desant əməliyyatı zamanı sahilə çıxmasının 82-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bu barədə danışıb.

"Təəssüf ki, bu gün Avropanın digər sahilləri başqa təhlükəli ideologiyaların təzyiqi altındadır. İspaniyaya, İtaliyaya, Yunanıstana və Bolqarıstana qayıqlarla insanlar gəlir", - deyə o bildirib.

Heqset bununla Avropa ölkələrinə yönələn qeyri-qanuni miqrasiya axınını nəzərdə tutduğunu vurğulayıb.

"Avropa paytaxtlarında bu hücuma qarşı nə vaxt tədbir görüləcək? Yoxsa artıq çox gecdir? Mən belə düşünmürəm", - deyə o qeyd edib.

"Biz müttəfiqlərimizi dəstəkləyirik və gözləyirik ki, müttəfiqlərimiz də bizi dəstəkləməyə qadir və hazır olsunlar", - deyə Pentaqon rəhbəri əlavə edib.



Xəbərin oxunma sayı : 1294




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap